Özəl:

Sevgi məktubu



Sevgi məktubu
Əvvəllər mesaj deyil
sevgi məktubu vardı.
Sevənlər bir-birinə
o vaxt məktub yazardı.

Eşqə düşən qızların
gəlməz idi yuxusu.
Məktublara çökərdi
əllərinin qoxusu.

Oğlanların məktubçün 
gözü yolda qalardı.
Sevdiyinin qoxusunun 
məktublardan alardı.

bəzəndə göz yaşları
məktubu isladardı.
Aşiqlər sevdiyini 
bu yolla anladardı.

Qanıyla məktub yazıb
oğlanlar sevdiyinə.
Yarı inansın deyə
ürəkdən sevdiyinə.

Elektron mesajda
nə qoxu var,nə ətir.
Süni güllər kimidir
hər bir cümlə,hər sətir.

Süni güllərin olmur
açılması,solması.
Ancaq gül demək deyil
gül şəklində olması.

Mesajlarda elədir
bənzəyir süni gülə.
Sevgidə süniləşib 
süni mesajlar ilə.

Şəhriyar Allahyaroğlu
loading...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər