Özəl:

Qəlbin dediyin söyləməsə,dil nəyə lazım



Qəlbin dediyin söyləməsə,dil nəyə lazım
Qəlbin dediyin söyləməsə,dil nəyə lazım?
Göz yaşları göynətməsə dil,sil,nəyə lazım?

Bax rövseyi-rizvanə dönüb baği-gülüstan,
Gülşəndə bahar fəsli solan gül nəyə lazım?

Həsrət bükəcək qəddini,el dərdi yamandır,
Qürbətdə keçir ömrü hədər,el nəyə lazım?

Çox çəkməyəcək,keyfi-damaqdan bezəcəksən,
Bir gün dönəcəksən əliboş,gəl,nəyə lazım?

Yoxdursa əgər səndə dözüm hicrana.Mövlud,
İllərlə çəkib qədrini son bil,nəyə lazım?
loading...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər