Özəl:

Səndə getdin



Səndə getdin
Qəlbim hələ səninlədir,sənsə məndən çox uzaqda,
İndən bele lüzumsuzdur,yaşamaq da, yaratmaq da...
İstəmirəm qanad açsin, havalansın qəlbim yenə,
Əlvan olan baxışlarım, bozarıbdır gündən-günə....

Saxlayacaq uzun illər, dodaqlarim qəlbimə kin.
Dolaylanir fikirlərim, deyə bilmir qəlbimdəkin...
Deyə bilmir unutmadim,deyə bilmir ağrıyıram,
Deyə bilmir əriyirəm, məhv oluram qram qram...

Gözlərim nəm,yatağım buz, qelbim isə soyuq qışam,
Mən əslində yarım qalan sevgilərçün yaranmışam...
Həyat daha acılanıb, duyammıram dadını da,
Dodaglarım sayıqlamır,neçə vaxtdır adını da...

Amma yenə göz yaşlarım yanağımı hərgün yuyur,
Barmaqlarım tellərinin istisini hele duyur...
Fikirlərim,duygularım hər gün yenə səni anır,
Ürək başqa,dilim başqa, fikirlərim haçalanır...

Tənha gecə,bu hayqiriş ayrılığın nəgməsidir,
Göz yaşlarim bu sevginin mənə qalan töhfesidir...
Ürək yenə o əvvəlki həvəslərə qapılarmı,
İtirilmiş səadətlər yenə bir gün tapılarmı.

İnanmıram gedib qatar, sönüb ümid,sönüb işiq,
Biz də acı tale ile,yamanca tez barışmışıq...
Bir siqaret yandırıram, pöhrələnir ötən günlər,
Vahiməli bu gecə də həzin- həzin məni dinlər..
Gözlərimə möhürlənmiş xəyalını uçururam,
Bu sükunət qaranlığın yuxusunu qaçırıram ..

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər