Özəl:

Mən bu şeirləri sənə yazıram



Mən bu şeirləri sənə yazıram
Mən bu şeirləri sənə yazıram
Daha səbəbini məndən soruşma.
Hisslərim yaz deyir mənə yazıram,
Sakitcə al,oxu dinmə,danışma.

Mən bu şeirləri sənə yazıram
Bir sətir qaşındır,bir sətir gözün,
Birində gizlənir xoş baxışların
Biri incə səsin,biri gül üzün.

Şeirlər aparır məni,azıram
Yaxşı ki,mənimlə sən də azmadın.
Mən bu şeirləri sənə yazıram
Sən mənə bir "salam” belə yazmadın.

Ölməyə nə var ki,ölüm,hazıram.
Onsuzda qəbirim qazılıb mənim.
Mən bu şeirləri sənə yazıram
Bu yəqin alnıma yazılıb mənim.

Oxuyub bu qədər halını pozma,
Mən bu şeirləri sənə yazıram.
Son dəfə ağlayıb dedinki, yazma
Tərsliyə düşmüşəm yenə yazıram
loading...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər