Özəl:

Oyuncağı sınmış uşaq kimiyəm...



Oyuncağı sınmış uşaq kimiyəm...
Oyuncağı sınmış uşaq kimiyəm

Yuxumda bu gecə səni görmüşəm
Necə xoşbəxt idim necə şən idim
Görüşünə vaxtından tez gəlmişəm
Dünyanın ən bəxtəvəri mən idim

Sevincim az çəkdi artıq oyandım
Kaş ki ayılmazdım yatıb qalardım
Qürur qoymur yoxsa gəlib yanına
Boynuna sarılıb qucaqlayardım

Darıxmışam,nə vaxtdı ki görmürəm
Əvvəl əvvəl gizli yığıb susardın
Xoş günümdə sevincimin ortağı 
Dar günümdə dərdimə tən olardın

Sənsiz marağsızdı həyat anlamı
Oyuncağı sınmış uşaq kimiyəm
Yaşamağım aldatmasın kimsəni
Yaşamıram nə olsun ki diriyəm

Muxtarov Araz
loading...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər