Özəl:

Səni Allah yazsın mənim ömrümə



Səni Allah yazsın mənim ömrümə
Sən oldun üzümdə gülüş yaradan,
Daha bu həsrəti götür aradan,
Düşmənə getsin qoy kədərin, qadan,
Gözümün işığı, qəlbimin nuru.

Qəlbimi bir həsrət dəlib-deşirdi,
Sən mənə rast gəldin bu cür zamanda
Vallahi, sanıram dünya mənimdir,
Üzündə təbəssüm gördüyüm anda.

Qoy Allah qorusun bəladan səni,
Şadlıq, sevinc olsun ömür həmdəmin.
Qəlbim səni seçdi özünün təni,
Arzumdur olmasin kədərin, qəmin.

Səni bu dünyada kim ki istəmir,
Payız yarpağı tək saralsın, solsun.
İstərəm gözünü yaşlı görməyim,
Eybi yox, dolsa da sevinclə dolsun.

Ürəyim səninlə döyünər hər an,
Çevrildin dildə ən şirin sözümə.
Özgəyə baxmağı, nəzər etməyi,
Qadağan eylədim iki gözümə..

Ömründə ayrılıq, həsrət olmasın,
Qoy keçsin həyatın sudan da duru
Səni Allah yazsın mənim ömrümə,
Gözümün işığı, qəlbimin nuru
loading...
  • 21-07-2016, 03:00
  • 550
  • 2
Offline
  • Şərh №: 2
  • 22 iyul 2016 13:15
  • Xəbər sayı: 0
  • Şərh sayı: 25
Səni bu dünyada kim ki istəmir,
Payız yarpağı tək saralsın, solsun.
İstərəm gözünü yaşlı görməyim,
Eybi yox, dolsa da sevinclə dolsun.

--------------------
Offline
  • Şərh №: 1
  • 21 iyul 2016 10:39
  • Xəbər sayı: 17
  • Şərh sayı: 119
Səni bu dünyada kim ki istəmir,
Payız yarpağı tək saralsın, solsun.
İstərəm gözünü yaşlı görməyim,
Eybi yox, dolsa da sevinclə dolsun.____♡♡♥♥cox maraqli weirdir....hem sozleri hem uyqunlawmalari.tewekkur paylawim ucun...

--------------------

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər