Özəl:

"Bu həsrətə yad deyiləm, utanma"

Bu həsrətə yad deyiləm, utanma
az olmuyub küçələrdə yatdığım.
Gedən getsin sən yerində dik dayan...
ümid et ki,
bumeranqdı budəfəki atdığın.
Gözlərini qaçırtma gəl, rahat danış mənimlə
mən də billəm, unudulmaz bəzi noxud gülüşlər
qəm eləmə,
necə deyim, bir də ki...
bir də olur bahar kimi üç fəsillik gedişlər.
Boş dayanma, bir səbəb bul arxasınca getməyə
mən də bunu, inanmazsan,
yeni-yeni bilmişəm;
De ki, salam, qayıdıram indicə
de ki, səndə gözüm qalıb, götürməyə gəlmişəm.
Toxuduğu yarım qalan corabları xatırlat
indi yəqin darıxıbdır millər üçün əlləri
Bir də danış həsrətinnən küncü qırıq aynanın
birdə güllər işə yarar,
hər gün-hər gün su verdiyi gülləri.
De ki, bizim dəli Solmaz dünyasını dəyişdi
çox sevərdi rəhmətliyi, dözmüyəcək, dönəcək
De ki, vətən şəhid verib,
müharibə başlıyıb
öfkə, qürur qalmıyacaq, hamsı birdən dinəcək.
Axı sənsiz üşüyəcək vətən kimi sevdiyin
heç olmasa qələm götür bir namə yaz,
bəlkə də...
Zərrəbinlə seç sözləri amma ki,
"Qayıt” demə,
qayıt desən gəlməyəcək, ölsə də.
Nə gözəl yazmış abimiz:

İlqar Kamil
loading...
Offline
  • Şərh №: 1
  • 27 iyul 2016 16:10
  • Xəbər sayı: 17
  • Şərh sayı: 119
bele de normal seirdir...

--------------------

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

Ən çox baxılan xəbərlər