Özəl:

Biri vardı,Biri yox.



Biri vardı,Biri yox.
Olan olub, keçən keçib bəlkə də,
Indi daha kövrəlməyin yeri yox.
Ömrüm boyu belə gəlib mənimki
Əvvəlindən biri vardı, biri yox.

Uzaqdaydı mən istəyən ocaqlar,
Ürəyimdən gəlib keçdi sazaqlar.
Atalıydı, analıydı uşaqlar,
Bizim evdə biri vardı, biri yox.

Gözlərimə doldurmuşam yağışı,
Bir köynəkdə çıxarmışam mən qışı.
Şalvar-pencək geyinirdi tay-tuşum,
Məndə isə biri vardı, biri yox.

Üzüm güldü tələbəyəm deyəndə,
Sıxılırdım dost pencəyi geyəndə.
Müəllimlə dil tapa bilməyəndə
Qiymətimin biri vardı, biri yox.

Qəlbim yandı ilk sevgimdən,eşqimdən,
Dara düşdüm, əl ummadım heç kimdən
Məclislərdə can deyib, can esidən
Dostlarımın biri vardi, biri yox.

Mən orduya nələr görüb getmişdim,
Ürək alıb ,ürək qırıb getmişdim.
İki qıza könül verib getmişdim,
Qayıdanda biri vardı, biri yox...

Uzaq gəzdi əmi, dayı, bibilər,
Söz arası mənə evlən dedilər.
Nişan üçün iki şey istədilər,
Məndə isə biri vardı, biri yox.

Vaxt gələcək ,bu günü görəcəksən,
Çox suala gözünü döyəcəksən.
Vaxt gələcək sən özün deyəcəksən.
Deyəcəksən:biri vardı,biri yox!
loading...
  • 2-08-2016, 17:00
  • 421
  • 1
Offline
  • Şərh №: 1
  • 7 avqust 2016 13:38
  • Xəbər sayı: 0
  • Şərh sayı: 18
Qeseng şeirdi coooox sevremmm

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər