Özəl:

Nəyinsə ilkidir nəyinsə sonu...



Nəyinsə ilkidir nəyinsə sonu...
Dünya hey fırlanır belədən belə
Zamanı önləyib ötən olmasın.
Dünya fırlanır ki, keçməsin ələ,
Onun ətəyini tutan olmasın.

Dünya fırlanır ki, dönsün bu gərdiş,
İdrakın önündə an əyilməsin.
Dünya fırlanır ki, insan ölməmiş,
Dünyadan dünyaya keçə bilməsin.

Saxlasaq bir anlıq yolundan onu
Həyat təzələnməz yer təzələnməz.
Nəyinsə ilkidir nəyinsə sonu.
Dünya fırlanmasa son ilkə dönməz.

Dünya fırlanır ki, biz də onun tək,
Fırlanıb qanmayaq min bir Fe'lini.
Dünya fırlanırki tapa bilməyək,
Onun nə sonunu, nə əvvəlini.


Müəllif: Bəxtiyar Vahabzadə

loading...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər