Özəl:

Birdənəm



Birdənəm
Gülüşlərin nəğməsiydim, susmuşam,
Yarpaqların nəfəsiydim, susmuşam,
Şimşəklərin nərəsiydim, susmuşam,
Yay da, qış da məndən qaçar, birdənəm!
.
Bir yağışam taqətim yox, heyim yox,
Səndən başqa güzarım, gileyim yox.
Heç bilmirəm nəyim var, ya nəyim yox,
Qoydun məni belə naçar, birdənəm!
. .
Yavaş-yavaş, bax, ağarır saçlarım,
Dərd yüklüdür, qəm yüklüdür qaşlarım.
Dolu-dolu yağan bu göz yaşlarım,
Ürəyimə yollar açar, birdənəm! 
. .
Bu yollarda çıxılmazdır yoxuşum,
Bükülüdür artıq qəddim, duruşum,
Qanadları sınıq-salxaq qəlb quşum,
Sən gəlməsən necə uçar, birdənəm?
. .
Gəlmir səndən mənə xəbər gətirən,
Taqətim yox həsrətini götürəm! 
Yolun azıb bir məktubun, xatirən,
Ünvanıma gələr haçan, birdənəm?!
loading...
Offline
  • Şərh №: 1
  • 28 iyun 2016 13:45
  • Xəbər sayı: 198
  • Şərh sayı: 905
Tewekkurler....

--------------------

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər