Özəl:

Həyatımdasan



Həyatımdasan
Hara baxıram sən ordasan,yanımdasan
Adın dilimin əzbəri, əlimdəki sazımdasan
Sən olmusan varım, yoxum, tək diləyim
Dərd ortağım, çoxumda həm azımdasan

Necə unudaram səni, ürəyimin arzusunu
Bağlanmısan qədərimə, alın yazımdasan
Nə fərq edər ayların, fəsillərin dəyişməsi
Sən həm qışım həm baharım yazımdasan

Sənsən səslədiyim, Allahımdan istədiyim
Tanrıya etdiyim hər duada,niyazımdasan
Xəyalinla gülərəm xəyalinla mən ağlaram
Hər sevincimdə, axan göz yaşlarımdasan

Səndən əvvəl də yaşayırdım heç bilmirəm
Tək bildiyim bu günümdə,sabahımdasan
De səni sevmək niyə günahdır niyə yasaq
Yaşadığım hər gözəllikdə,səvabımdasan

Sanma ki əl çatmazımsan, cox uzaqdasan
Damarımdaki qan, candan ötə canımdasan
Sənsiz heç olmadım qalmadım,olmaramki
Axı çəkdiyim hər nəfəsdəsən həyatımdasan.

loading...
Offline
  • Şərh №: 2
  • 1 iyun 2016 20:45
  • Xəbər sayı: 0
  • Şərh sayı: 5
Sensen seslediyim Allahimdan istediyim..... heart
Offline
  • Şərh №: 1
  • 1 iyun 2016 13:53
  • Xəbər sayı: 198
  • Şərh sayı: 905
Sən olmusan varım, yoxum, tək diləyim 03

--------------------

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər