Özəl:

Məni xatırla...



Məni xatırla...
Adamsız qalanda adam kövrəlir,
Mənim sənsizliyim ölümdən kasıb.
Gedən qatarlar da qayidır, gəlir,
Tək sənin qatarın yolunu azıb...
Uşaq öz pulunu itirən təki,
Səni itirmişəm, tapmışam kədər.
Hər gecə qəlbimə daş basıram ki,
Daşlaşar ürəyim bəlkə bir qədər...
Yanımda deyilsən, qəlbimdə varsan,
Çağırsan yenə də gələ bilərəm.
Bəlkə də mən ölsəm sən ağlamarsan,
Amma sən ağlasan, ölə bilərəm...
Ümidim itmədi bir zərrə qədər,
Mən səni itirdim, tapa bilmədim,
Qopduqca təqvimdən aylar, fəsillər,
Mən səndən qopmadım,qopa bilmədim...
Ən gözəl sevgiydi, sevgimiz bizim.
Hər isti nəfəsdə,məni xatırla.
Sənə tək qarğışım budur əzizim.
Baxdığın hər kəsdə, məni xatırla...
Müəllif: Şəhriyar İbrahimov

loading...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər