Özəl:

Faxirə (Bölüm 13)



Faxirə (Bölüm 13)
İlk hefteni bitirib eve qayıtmışdım. Öz evimizde rahatlığa öyreşib ne vaxt olsa yuxudan oyansam da bu evde artıq mesuliyyeti hiss edib her seher erkenden qalxıb, heç kes oyanmadan süfreni hazırlayırdım. Solmaz xanım yuxudan oyanıb geldikde süfreye kiçik bir nezer salıb keçib yerinde eyleşdi. İlk defe idi bizim tek qaldığımız. Hemişe yanımızda ya Camal ya da İlahe olurdu. Ellerim titreye-titreye getirib çayı qarşısına qoyub gedib Camalı oyatmaq isteyirdim, amma Solmaz xanım meni saxladı. Ondan qorxmurdum, hemçinin mene indiye qeder artıq-eskik bir kelme olsun dememişdi, sadece o qeder zehmli qadın idi ki, bir baxışı bele her şey bes edirdi. Camal ve İlahe de fikir vermişdim anaları ile danışarken hele de çekinirler. 
-Ailenle münasibetimiz ilk günden yaxşı başlamadı. ,- Solmaz xanımın söze başlamasına düşüncelerimi bir kenara qoyub diqqetle ona qulaq asırdım. ,- Yalan demeyecem axırıncı söhbetden sonra Camala umumiyyetle bu evde senin adını çekmeyini qadağa etmişdim. Amma o el çekmedi. İndiye qeder menim her sözüme razılıq bildirse de bu defe qeti qerarlı idi seninle bağlı. Mene vacib olan oğlumun xoşbextliyidir. O bu xoşbextliyi sende görürse daha deyecek söz qalmır mene. 
Heç ne demeden sadece ona qulaq asırdım. Bilmirdim bu sözleri hansı semte yozum, nece başa düşüm.
-Men her şeye göre sizden üzr isteyirem. İstemezdim bele alınsın ,- bir neçe saniyelik sükutdan sonra davam etdim ,- Gedim Camalı oyadım gecdir daha -, sözümü demeyimle otaqdan qaçmağım bir olmuşdu. 

Otağa gelib hele bir qapını da möhkem örtmüşdüm. Ele bil arxamca gelen var. 
-Camal oyan daha! Gecdir! Saatdan xeberin var?! ,- seher-seher heyecanımı kesmeye yaxşı adam tapmışdım. 
Gözlerini yavaşca açaraq qıyıb mene baxırdı.
-Gelirem birazdan. ,- sözünü deyib hele bir arxasını dönderib yeniden yuxusuna davam edirdi. 
-Sözü kime deyirem men göresen?! ,- bu defe gelib düz qarşısında dayanmışdım.
Başını yastıqdan qaldırıb mene baxdıqda seher-seher dava axtardığıma göre deyesen biraz teeccüblenmişdi. Ancaq o meni yaxşı tanıyırdı.. 
Men cavab gözleyerken, nece olmuşdu bilmirem bir saniyenin içinde Camal sayesinde özümü artıq yataqda tapmışdım. Nefesini üzüme verib saçımı sığallayır, ara bir üzüme öpüşler qondururdu. 
-Ne olub sene seher-seher? 
-Solmaz xala ile tek qala bilmirem utanıram bilirsen axı. Sen ise yatırsan! ,- yeniden olanları xatırlayıb Camala demesem bele hirsimi ona tökmüşdüm.
-Mama yeyecek axı seni. ,- menden ferqli olaraq Camal seher-seher ele salmağa yaxşı adam tapmışdı. 
Nehayet, onu yataqdan ayırıb süfreye getire bilmişdim.
Bir neçe gündür özümü müsbete kökleyib her ne qeder ailemi, onların meni ne vaxtsa bağışlayacağını beynimde fırlatsam da yene baş verenleri, Şehlanın, anamın, Orxanın dediklerini ağlıma getirdikde öz-özlüyümde çıxış yolu axtarırdım. 
-Belke meni Terlan emigile aparasan? Şehlanı görüb danışaram. Belke yeni nese xeber var? Ne deyirsen? ,- bilmirem nece olmuşdu ancaq ağlımdan keçenleri eyni anda dile getirmişdim.
Camal üzüme qerarsız bir ifade ile baxıb
-Deqiq getmek isteyirsen? ,- deyib susdu.
Bu sualın cavabını düzüne qalsa heç özüm de bilmirdim. Belke de heç hazır olmadığım nelerse eşidib daha da ehvalım korlanacaq. Ancaq nece deyerler, islanmışın yağışdan ne qorxusu.
-Aha. Gede bilerik?
-Elbette. Hazırlaş ne vaxt desen çıxarıq. ,- Camal deyesen menden daha heyecanlı ve narahat idi. 
Telem-telesik hazırlaşıb otaqdan çıxdıqda Solmaz xanım bizi başdan aşağı süzüb 
-Hara bele? ,- biraz dikelib dillendi.
-Faxirəni Terlan emigile aparıram. ,- Camal özü de menimle beraber çaşsa da dillenib addımlamaq isteyirdi ki, Solmaz xanım yeniden dillendi.
-Gelinin hele qırx günlüyü olmayıb qonaq getmek hardan çıxdı ki?? 
Men adet-eneneleri çox bilmeyib eyni zamanda hemin adetlere çox da ehemiyyet vermezdim. Tebii ki, her şeyin öz yeri var idi mene göre. Ancaq nelerinse derinine getmek menlik deyildi.
-Mama ne qırx günlük? Bu qız onsuz da işe gedib-gelir. ,- Camal özü de çaşmışdı deyesen anasının bu fikrine.
-İş başqadır getmelidir. Qonaq getmek ki vacib deyil. 
-Mama, bele şeylere ehtiyac yoxdur. ,- sebrini basıb cavab vermeye çalışsa da boynundakı damarlardan nece gerildiyi açıq-aydın hiss olunurdu. 
Men ise ana-oğul arasında qalmışdım. Bu veziyyetde nelerse deyib abu-havanı yumşaltmalı idim ancaq dilim söz tutmurdu.
-Camal menim sözümün üstüne söz qoymaq teze çıxıb? 
-Solmaz xala düz deyirsiniz. Men bilmirdim bunları. Sonra gederik biz. ,- başımı aşağı salıb otağa qayıdırdım, Camal elimden tutub saxladı.
-Axşama qeder qayıdarıq mama. ,- deyib celd addımlarla evden çıxdıqda hem meni hem de Solmaz xanımı mat-mettel qoymuşdu. Çöle çıxdıqda elimi gücle Camaldan ayrılıb qarşısında dayandım.
-Getmeyimiz vacib deyildi. 
-Sen de durub o gic-gic adetleri mene sadalamaq fikrindesense özünü yorma, keç maşına. ,- deyib qapını açıb başı ile maşına eyleşmeyimi gösterdi.
Heç ne demeden maşında eyleşib yola düşdük. Kiçik bir anlaşılmazlıq da olsa üreyime narahatlıq getirmişdi baş verenler. Terlan emigile çatdıqda çekinerek darvazanı açıb içeri keçdim. Camal da arxamca addımlayırdı. Şehla meni görüb sevinerek üstüme sözün esl menasında hücum çekdikde az da olsa üzüm gülmüşdü.
-Xoş geldiniz. Gözlemirdim heç. Buyurun keçin. ,- can-felanşıqla bizi içeri devet edib anasını sesledi.
Kemale xala meni görüb yazıq qadın heç bilmedi sevinsin yoxsa hereketime göre meni mezemmet etsin. Meni öpüb qucaqlayıb, bizi hereketimize göre danlasa da sonunda xoşbextlik arzu etmişdi. Eyni zamanda Camalın hereketlerine, danışığına fikir verdikce Kemale xalanın üreyine yatdığını hiss edirdim. Utanıb çekinerek anamgille bağlı soruşsam da heç bir deyişiklik yox idi. Ne atam yumşalıb menimle bir kelme maraqlanmış, ne de Raulla bağlı heç ne eşitmemişdim. 
Düşündükce haldan-hala düşürdüm. Belke de yatsam yuxumu da girmezdi ki, Raulla münasibetimiz bu nöqteye gelib çıxar. Başa düşürdüm, hereketime göre heç kim meni öpüb başının üstüne qoymayacaqdı. Ancaq yene de ümid edir, gözleyirdim Rauldan her zaman gördüyüm anlayışı, qayğını.
Eve qayıtdıqda Solmaz xanım otağından çöle çıxmamışdı. İlaheye ise başının ağrıdığını deyib axşamüstü olmamış otağına getmişdi. Camal bir neçe defe yanına getse de onu yanımıza getire bilmemişdi. Görünür, bu baş verenlerde meni günahlandırırdı.
İki gün evde qaldıqdan sonra yeniden kende qayıtmışdım. Burada günlerim mektebe gedib-gelmekle, Ülker xala ile oturub söhbetleşmekle keçirdi. Men adeten kefsiz-ehvalsız olurdum deye Ülker xala özü de narahat olurdu. Bir neçe defe sebebini soruşsa da hele ki, inanmırdım başıma gelenleri, elediklerimi açıb ona deyecek güce qüvveye sahib olduğumu.
Eve qayıtmağıma bir gün qalmışdı. Axşam yene Ülker xalanın evinden geldikden sonra bikef oturub başımı kitablara qatmışdım. Qapının vurulduğunu eşidib her halda Ülker xaladır deye düşünüb ayağa qalxıb qapını açdıqda Camalı qarşımda görüb sözün heqiq menasında ağzım qulaqlarımda qarşısında dayanmışdım.
-Qapıda qalacağam men? ,- hemişeki gülüşü yene üzünde idi.
-Men seni gözlemirdim deye çaşdım. ,- içeri devet ede bildim axır ki.
Camalın qapını bağlaması ile meni bağrına basıb üz-gözümden öpmesi bir olmuşdu. Bütün gece meni qucağında oturdub gah öpür, gah qucaqlayırdı. İlk günden Camalın qayğısına, nevazişine öyreşsem de evlendiyimiz günden beri bu qayğı, nevaziş qat-qat çoxalmışdı. 
-Adam bir xeber eder ki, gelirem. ,- qucağından çıxıb dillendim.
-Sevinmedin? ,- qaşını qaldırıb adeti üzre meni süzürdü.
-Elbette sevindim. Hazırlıq görerdim ona göre deyirem. 
-Mene hazırlıq lazım deyil. ,- meni qucağına alıb yatağa apardı. 
Her şeyi unudub ümidle vaxt keçirdiyim yegane insan idi Camal. Ailemi, yaşadıqlarımızı, etdiklerimi.. Her şeyi unudub bütün gece onun qayğısından başım dumanlanmışdı.
Geceden bir xeyli keçmiş, ancaq biz hele de yatmamışdıq. 
-Bilirsen mahnıda ne deyir? ,- sessizliyi pozub dillendi Camal.
Başımı sinesinden ayırıb diqqetle üzüne baxıb yox menasında başımı yelledim.
-Ala gözlüm senden ayrı geceler bir il kimi uzun olur neyleyim?.. 
Bilmirdim niye ancaq bu misra gözümü dolmağına bes etmişdi. Bu mahnı o zamanlar yeni-yeni seslenirdi. Akif İslamzadenin ifasinda Bakıda olarken bir neçe defe qulaq assam da menasına çox da varmamışdım.. Ancaq indi Camalın dilinden eşitmek meni ayrı aleme aparmışdı. Başımı yeniden sinesine sıxıb xeyallara dalmışdım.. 
Bölüm 12.
Toyumuzdan iki ay keçmişdi. Heyatımızda heç ne deyişmediyi kimi müsbete doğru bir irelileyiş de yox idi. Anam bir neçe defe yanıma gelib mene baş çekib getmişdi. 
Noyabrın axırları idi. İlk ders gününden sonra qaça-qaça eve gelib yorğana qısılıb saatlarla yatmışdım. Soyuq hava, teklik, yaşadıqlarım meni olduqca sıxırdı. Üstelik son günlerde heç ne yeyib içe bilmirdim. Qapının taqqıltısına yuxudan gücle oyanıb ayağa qalxdım. Bir neçe deqiqe de geciksem Ülker xala qapını qıracaqdı az qala.
-Ay qızım niye açmırsan bu qapını? Qorxdum, ele bildim ne ise olub sene. Az qala yoldaşına zeng edecekdim. Şükür yaxşısan. ,- bir neçe saniyenin içinde o qeder söz dedi ki, heç bilmedim neyi qoyub neyi eşidim. Üstelik yuxulu olmağım da meni emelli gic kimi etmişdi. 
İçeri keçdikde elindeki yemekleri süfreye düzüb, meni de zorla masaya eyleşdirdi.
-Otur ye. Axır vaxtlar arıqlayıb çöpe dönmüsen. ,- meni heç ağzımı açmağa da imkan vermeden yemekleri bir-bir boşqaba çekib yemeyimi gözleyirdi. 
Ancaq yemeklerin qoxusunu eşidib özümü hamam otağına gücle çatdırmışdım. Son günlerde her defesinde yemek qoxusu geldikde özümü hamamda tapırdım. Bütün bunlara ne ise ehtimal vermirdim. Ülker xala olmasa belke de bir-iki ay hele ferqinde olmazdım..
Özüme geldikde qapıda meni Ülker xala üzündeki gülüşle gözleyirdi. 
-Men de deyirem axı ne olub bu qıza bele. ,- deyib meni qucaqladı. ,- Tebrik edirem atalı-analı böyüsün. 
Halsızlığım üstelik Ülker xalanın bu monoloqu meni emelli çaşdırmışdı.
-Kim? ,- ağlıma başqa tutarlı bir söz gelmemişdi.
-Ay qızım uşağınız. Kim olacaq?
-Ne uşaq Ülker xala? Axı men.. Yeni ele deyil. ,- inkar etdikce özüm de bilmirdim ne danışdığımı. Hamile olmaq ehtimalı ağlıma bele gelmirdi o demeyene qeder.
-Başqa ne olacaq? Emin deyilsense sabah gel gedek hekime. Baxıb görersen Ülker xalan düz deyir. ,- sevincek halda meni öpüb qucaqlayırdı. 
Hemin müddetde ona çox fikir vermesem de Ülker xala getdikden sonra tek qalıb özüm de son günlerdeki deyişikliyin ferqine varmışdım. 
Dediyi kimi seher mektebden geldikden sonra hazırlaşıb taksi ile rayondakı xestexanaya yollanmışdıq. Heç neyi tam aydınlaşdırmadan Camala xeber verib havayı ümidlendirmek istemirdim. Xestexanaya çatdıqda analizleri verib ardınca hekimle görüşmüşdük. Men ise ümumiyyetle bilmirdim ne edirdim. Hekimle de Ülker xala özü danışıb mende baş verenleri demiş, sadece bir-iki sualına özüm cavab vermeli olmuşdum. Bir neçe saat sonra cavablar çıxdıqda Ülker xala yanılmadığını sübut etmişdi. Hamile idim. Hemin an duyğularım o qeder aşıb daşırdı ki, dilime sevincimi ifade edecek bir kelme getire bilmirdim. Ülker xalanı qucaqlayıb elece ağlayırdım. Eve qayıtdıqda bilmirdim bu xeberi Camala nece deyim, ne terzde deyim. Axşam zeng etdikde bir neçe defe üreklenib bu xoş xeberi ona vermek istesem de en yaxşısı üz-üze demekdir deye düşünüb fikrimden dönmüşdüm. Hemin hefteni nece bitirmişdim bir Allah bilir.. Camal her defe zeng eledikce özümü gücle saxlayırdım ki, heç ne demeyim.
Axırıncı gün dersden çıxıb az qala qaça-qaça eve yollanıb Camalın gelib meni aparmağını gözleyirdim. Bir neçe saat sonra axır ki, qapı çalınmışdı. Titreye-titreye, eyni zamanda üzümde axmaq bir tebessümle gelib qapını açıb Camala sarılmışdım. 
-Bilsem bu qeder sevineceksen daha tez gelerdim. ,- Camal ki Camal.. Yene zarafatından qalmırdı.
İçeri keçdikde meni yeni bir heyecan bürümüşdü. Bilmirdim söze nece, hardan başlayım. Camala qarşı az da olsa her zaman utancaqlığım var idi. İndi ise bu xeberi vermek mene ayrı bir utanc dalğası getirmişdi. Ellerim ese-ese getirib qabağına çay qoyduqda Camal özü de hiss etmişdi menim heyecanlı olduğumu.
-Ne olub sene? Niye belesen? ,- elimdeki sinini menden alıb masaya qoyaraq meni de qucağına oturdub üzümü sığallayırdı. O, bu heyecanı biraz başqa semte yönlendirib, ayrı cür anlayıb narahat olmuşdu.
-Men hamileyem. ,- gözümü yumub bir anda demişdim bir heftedir meni heyecanlandıran xeberi. Eslinde bu xeberi vermeyi ayrı cür düşünsem de bir anın içinde açıb demişdim Camala. 
Meni bir anda nece bağrına basıb öpüşlere qerq etmişdise, ağzımı açıb bir kelme demeye bele macal vermemişdi. Defelerle "çox sağol" deyib üz-gözümden öpüb meni ezizleyirdi. Camalın sevineceyini yeqin edirdim. Ancaq bu qeder gözel qarşılayacağını bilmirdim. 
Solmaz xala xeberi öyrendikde bu defe ürekden tebrik etdiyi gözümden qaçmamışdı. Hem meni, hem Camalı qucaqlayıb xeyir-dua vermişdi övladımıza. İlahe de bu xeberi çox xoş qarşılayıb, hele indiden gah ad seçib, gah da paltar almağa başlamışdı. 
Camal ise evvel qayğıma qalırdısa indi meni az qala el üstünde gezdirirdi. Hamileliyim ise çox ağır keçirdi. Gün erzinde demek olar ki, ne yeyir, ne de içirdim. Arıqlayıb ayaq üste zorla dayanırdım. Camal ne qeder mektebden icaze al daha eve qayıt dese de hele ki, tez olduğunu deyib biraz lengidirdim. Mümkün qeder geceler yanıma gelir, seher erkenden oyanıb özünü işe çatdırırdı.
Anama bu xeberi verdikde ise o qeder ağlamışdı ki, zorla sakitleşdirmişdim. Bu halımda yanımda olub menim qeydime qala bilmediyine göre ayrıca qeherlenirdi. Bu uşaq düşünürdüm ki, belke de atamın üreyinin yumşalmasına tek sebeb olacaq. Her gece ailemle barışmağım xeyalını qurub yuxuya gedirdim..
Hamileliyimin altıncı ayında Camal artıq meni dinlemeyib mektebden icazemi alıb meni birdefelik eve getirmişdi. Evde ise hem İlahe hem de Solmaz xala imkan vermirdiler men elimi ağdan qaraya vurum. Bilmirdim daha bu Camalın tapşırığıdır yoxsa Solmaz xala neve sevinci ile edir bunları..
Bu minvalla artıq doqquzuncu aya gelib çatmışdıq. Hamileliyin son günleri, üstelik havaların da isti keçmeyi meni büsbütün özümden çıxardırdı. Ele olurdu ayağa qalxıb su içmeye bele halım olmurdu. 
İyulun ortaları idi. Gece gelen ağrı ile nece qışqırıq qopartmışdımsa Camal ele hemin andaca yuxudan oyanmışdı. Celd ayağa qalxıb hem menim geyinmeyime kömek edir, hem de özü geyinirdi. Evdeki ses-küye bir neçe deqiqe sonra Solmaz xalagil de oyanıb gelmişdiler. Meni bu halda görüb celd telefonla kimese yığıb bize çağırmışdı. Ancaq ele halda idim ki, bununla maraqlana bilmirdim. 
-Qızım sakit ol, Melaheti çağırdım indice gelecek. ,- Solmaz xala saçımı sığallayıb meni sakitleşdirmeye çalışırdı.
Camal gelib mene kömek edib ayağa qaldırdıqda ise Solmaz xala teeccüble bize baxa-baxa qalmışdı.
-Hara aparırsan qızı? 
-Mama, hara olacaq?! Xestexanaya. ,- Camalın halı ise menden beter idi. 
-Delisen sen?!! Xestexanaya qeder bu qızın suyu qutarar uşaq boğular !! Xestexanaya burda iki saata çata bilmersiniz heç! Qoy qızı yatağa sen çıx çöle !!! Melahet gelir indi! ,- Solmaz xala ele qışqırmışdı ki, Camal heç ne demeden çöle çıxmışdı. Mene ise hemin an sadece bu ağrıdan canımı qutarmaq maraqlı idi. Solmaz xala ile İlahe ise meni sakitleşdirmeye çalışırdılar.
Biraz keçmiş adı keçen Melahet xanım gelmişdi. İlaheye bir neçe lazım olanı tapşırdıqdan sonra özü de mene biraz toxtaqlıq vermişdi.
-Narahat olma qızım. İlk doğuşdur deye biraz çetin olacaq. Sakit ol. -, bu kimi sözlerle bir neçe saat sonra artıq bütün ağrılardan azad olmuş, qızım dünyaya gelmişdi. Sadece qızımın qışqırtısını eşidib ardınca yuxuya getmişdim. 
Günortaya doğru yuxudan ayıldıqda Camal yatağın bir küncünde oturaraq gah qızımızı ezizleyir, gah da menim elimden tutub sığallayırdı. Oyandığımı gördükde daha da yaxına gelib alnımdan öpüb meni bağrına basdı. Men ise analıq duyğusunu hele indi derk edirdim deyesen. Camal qızımı qucağıma verdikde ağlaya-ağlaya öpüb qucaqlayırdım. 
-Yaxşı daha besdir. Uşağı da qorxutma. ,- gülümseyerek uşağı qucağımdan alıb yatağına qoydu. 
Solmaz xalagilin de razılığı ile adını Mensure qoymuşduq qızımızın. Ona baxdıqca ise ailemle bağlı ümidlerim günden-güne çoxalırdı. Bunu Camal da hiss edirdi. Tez-tez "Her şey yaxşı olacaq. Mensure her şeyi deyişecek." deyib her ikimizi bağrına basırdı.
Anam üçün de burnumun ucu göyneyirdi. Solmaz xalaya göre evimize gelib nevesini göre bilmirdi deye her telefon zenginde ağlayıb meni de özünü de ne hallara qoyurdu.
Avqustun axırları idi. Ailemden ayrıldığım artıq bir ile yaxın müddet olmuşdu. Her gün hevesle Camala eve gedib atamdan üzr istemeyi demek istesem de özüm de çekinirdim. Bilmirdim atam nece bizi qarşılayacaq. Bu sebebden özümle birlikte Camalı da pis veziyyetde qoymaq istemirdim. Bir gece ise Mensureni yatırdıb yene Camalın qoynunda yuxuya gedirdim. 
-Ailenle bağlı ne düşünürsen? ,- heç gözlemediyim halda bu sualı verib meni emelli çaş-baş qoymuşdu.
-Bilmirem. ,- yataqda dikelib çiynimi çekdim.
-Faxirə, men seni ümidlendirmek ya da nelerese göre ved vermek istemirem. Ancaq eger isteyirsense Mensure ile birlikte size gedek. ,- deyib özüde qerarsızlıqla mene baxırdı.
-Men isteyirem ancaq bilmirem bizi nece qarşılayarlar. ,- ailemle bağlı her defe söhbet açıldıqda gözüm dolurdu özümden asılı olmadan. 
-Yanındayam. ,- deyib yeniden meni bağrına basdı.
Bu söhbetin üstünden bir neçe gün keçmişdi. Camal Solmaz xanım bizim qerarımızı dedikde ele düşündüyüm kimi yaxşı qarşılamamışdı bu xeberi. Oğlunun o evde yeniden alçaldılmasına razı ola bilmirdi. Onu qınaya bilmirdim. Ancaq men de ailemi görmek isteyirdim..
Axşamüstü hazırlaşıb yola düşdük. Yol boyu titreye-titreye qalmışdım. Camal elimden tutub defelerle meni sakitleşdirmeye çalışsa da heç bir xeyri yox idi. Mensureni bele qucağımda zorla tutmuşdum. Atam evine çatana qeder defelerle fikir deyişdirsem de Camal buna imkan vermemişdi. Eve çatıb maşından düşdükde Camal veziyyetimi görüb Mensureni qucağımdan almışdı. Elimden tutub qapının qabağına getirib qapını vurduqda hele de qayıtmaq istediyimi Camala bildirdikde nece göz ağartdısa hemin andaca susub dayandım. Bir neçe deqiqe sonra Jale qapını açıb bizi gördükde ise belke de ezraili görse bu qeder teeccüblenmezdi.
-Olar keçmek? ,- Jalenin bu halını görüb Camal dillendi. 
Jale belli idi ki, olacaqlardan qorxurdu. Evvelce arxaya dönüb içeridekilere baxıb ardınca bize teref nezerlerini yönlendirib içeri devet etdi.
Her kes heyetde oturub söhbet edirdi ki, bizim gelişimizi görüb her kes susdu. Veziyyeti evvelce Raul ele alıb ireli addımladı.
-Sizin ne itiniz azıb burda?!! ,- ele bağırdı ki, dik atıldım. 
-Raul sakit ol bura dalaşmağa gelmemişik. ,- Camal sakit halda cavab verib ireli keçerek atamın qarşısında dayandı.
-Biz öz günahımızı bilirik, Sahib emi. Faxirə də, mən də. Ancaq indi biz özümüz de övlad sahibiyik. Bu qan-qaraçılığa bir son qoyaq. Bağışlayın bizi. ,- Camal ne qeder sakit danışmağa çalışsa da onun her kelmesinden nece çetinlik çekdiyini hiss edirdim. 
-Redd olun bu evden!! Ne Faxirənin ne de senin burda yerin yoxdur !! ,- Raul yene ireli atılıb qışqırsa da Camal nezerlerini atamdan çekmirdi. Atam ise ayağa qalxıb
-Menim qızım bir il evvel ölüb. ,- deye sakit halda sözünü deyib yanımızdan ayrıldı..

Anna Karenina

loading...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər