Özəl:

Bürclərin sevgi falları haqqında maraqlı faktlar



Bürclərin sevgi falları haqqında maraqlı faktlar
Qoç bürcü - Ona etibar edən, dəyərli olduğunu hiss etdirən birini axtarır. Sevgilisi hər mövzuda fikrini bildirə bilər, lakin onların bütün istəklərinə boyun əyib müti davranmamalıdırlar.  Qoçlar hər zaman həyəcan axtarışındadır. Buna görə də, əyləncəli, yumor hissinə sahib olan biri ilə görüşməyə üstünlük verirlər. Özündən razı insanları sevmirlər. Onu sevgisini qazanmaq istəyirsinizsə, təbii olun. Qoçlar bəzən sizi əsəbiləşdirsə də, sevgisi ilə qəlbinizi fəth edə bilir.

Buğa bürcü - Buğalar olduqca dinamik və həyat eşqi ilə dolu olurlar. Onlar duyğularını gizlətməyi xoşalmasa da, ilk addımı heç vaxt özləri atmırlar. Dolayısı ilə qarşı tərəfin də sevgi və diqqətini hiss etmək istəyirlər.

Əkizlər bürcü - Həm əyləncəli, həm də sevimli bir dost axtarır. Onlar sona qədər məntiqli müzakirə aparan insanlarla birlikdə olurlar. Əkizlər yola gedən, son dəqiqədə görüşü təxirə salanda hirslənməyən və onu olduğu kimi qəbul edən biri ilə görüşür. Özü qorxmaz olduğu üçün  ilk addımı atmaqdan çəkinməyən adamlardan xoşu gəlir. Görüşə geciksə, əsəbiləşməyin. Çünki bu Əkizlərin düzəldə bilmədiyi qüsurudur.

Xərçəng bürcü  - Yanında rahat ola biləcək biri ilə görüşməyi arzu edir. Xərçənglər romantik və həssas olurlar, münasibətlərinin qalıcı olmasını arzu edirlər. Sevdiyi xanımdan uşaqlarının olmasını arzulayırlar. Onu həqiqətən də sevən və heç vaxt tərk etməyəcək birinə ehtiyac duyurlar. Bütün boş vaxtını onunla birlikdə keçirməkdən zövq alır. Onlar ruh əkizi ilə birlikdə olmaq istəyir və ona uyğun olub-olmadığınızı o dəqiqə anlayırlar.

Şir bürcü - Şir bürcü qürurlana və dostlarını qısqandıra biləcək birini axtarır. Sevilməkdən və tərif edilməkdən xoşlanır. Onu sevindirə bilən və bunun üçün enerji sərf edən insanlarla sevgili olur. Şirlər əylənməyi sevdiyinə görə, axtardığı insanın da güclü yumor qabiliyyətinə sahib olmasını istəyir.

Qız bürcü - Sevdiklərinin ona ehtiyac duymasını istəyirlər. Qızlar onun zəhmətini qiymətləndirə bilən bir şəxs axtarır. Özü kimi sadiq və dürüst insanlarla görüşür. Unutmayın, Qızlar sevdiyi insanın bütün problemlərini həll etmək üçün əlindən gələni edər.

Tərəzi bürcü - Romantik ruhlu, cazibədar, cəsarətli və münasibətləri heç vaxt sıxıcı hala gətirməyən birini axtarır. Onu tez-tez axtarmağı, sevdiyi insanın sözün əsl mənasında ona heyran qalmasını istəyir. Dostları ilə çox vaxt keçirdiyi üçün ona sitəm etməyən insanlara üstünlük verir. Dava etməyi xoşlamır, dava etsə belə, barışmaq üçün ilk addımı özü atır.

Əqrəb bürcü - Əqrəblər dərin və ciddi münasibət axtarışında olurlar. Haradasa ruh əkizi olduğuna  inanan həssas insanlardır. Duyğularını anlayan birini gözləyirlər… Həmin insan hərdən onun tək qalmaq istəyini də anlayışla qarşılamalıdır. Mükəmməl insan sərrafıdır, belə ki, insanların əslində kim olduğunu duya bilir. Diqqət mərkəzində olmağı və ancaq özünü tərifləyən insanları xoşlanmır. Özü kimi sadiq və şəfqətli biri ilə görüşmək istəyir.

Oxatan bürcü - Yanında olduğu zaman özünü rahat və olduğu kimi aparan bir sevgili həsrətində olur. Həqiqətləri danışmaqdan qorxmayan, dürüst birini gözləyir. Açıq sözlü qadınlar onlara güvən qazandırır. Tez-tez zəng edib, harada və nə ilə məşğul olduğunu soruşan sevgili tipindən zəhləsi gedir.

Oğlaq bürcü - Sadiq və cəmiyyət içində onu biabır etməyən birini axtarır. Dostları arasında hörmət edilən və tanınmış biri olmalıdır. Gələcəyə dair məqsədi və böyük planları olan biri ilə evlənmək istəyər. Səliqəsiz biri ilə heç vaxt görüşməzlər.

Dolça bürcü - Onu qarşılıqsız sevən, əbədi dostu ola bilən birini axtarır. Fərqli olmaqdan qorxmayan, azadlığını əlindən almayan insanlara üstünlük verirlər.11

Balıq bürcü - Güclü mistik əlaqə qura biləcək birini axtarır. Həddindən ziyadə romantik, anlayışlı və boş vaxtını onunla keçirən birini gözləyir.  Balığın sevgilisi duyğularını və xəyallarını dilə gətirməkdən qorxmamalıdır. Ayrılsa belə birlikdə olduğu insanı heç vaxt unutmur.

loading...
Offline
  • Şərh №: 2
  • 3 iyun 2018 01:52
  • Xəbər sayı: 0
  • Şərh sayı: 1526
Levitra 10mg 12 Stuck Syphilis And Amoxicillin cialis 20mg for sale Hydrochlorothiazide 25mg Price Best Website Cialis Sans Ordonnance En France

--------------------
Offline
  • Şərh №: 1
  • 29 may 2015 23:23
  • Xəbər sayı: 0
  • Şərh sayı: 8
Qız bürcü:Mənə aid deyil

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər