Özəl:

Bürclər haqqında ümumi məlumat



Bürclər haqqında ümumi məlumat
Elmi əsas
Bürc, astronomik olaraq, göy üzündə yerləşən 12 ulduz qrupuna verilən addır. Astronomiyanın tədqiqat obyekti olan bu qrup ulduzları ilə qərb Astrologiyasının heç bir əlaqəsi yoxdur. Qərb Astrologiyası mövsümləri, gün və gecə uzunluqlarının bərabər olduğu günləri və günəş mövqelərini nəzərə alaraq tərtib edilib (Qoç – bahar, Tərəzi – payız, Əqrəb – yay, Oğlaq – qış). Astrologiya, göy cisimləri ilə insanlar arasındakı münasibəti incələyir, ancaq elm sahəsi olaraq qəbul edilmir.
Bürc sözünün mənşəyi
Bürc kəliməsi Ərəb dilindən alınmadır, bir çox qərb ölkələrində isə Yunan dilindən alınma, "heyvana məxsus” mənasına gələn ζωδιακός (zodiakos) sözündən törəmə sözlər istifadə olunur. Bürc sözünə eyni zamanda Quran-i Kərimdə də rastlamaq olar, belə ki, 87-ci Surə belə başlayır: "And olsun o bürclərlə dolu göyə”

Əsas bürc qrupları
Astrologiyada bürclər, hər birində üç bürc olmaq üzərə, dörd qrupa ayrılır: Atəş, torpaq, hava və su:

Atəş bürcləri: Qoç, Şir və Oxatan
Torpaq bürcləri: Buğa, Qız və Oğlaq
Hava bürcləri: Əkizlər, Tərəzi və Dolça
Su bürcləri: Xərçəng, Əqrəb və Balıq

Ulduz və tropik astrologiya
Astral xəritə

Ulduz və tropik astrologiyası, ili təyin etmək üçün istifadə edilən iki termindir. Hər ikisi Yerin Günəş ətrafında hərəkət müstəvisini bir neçə "bürc”ə bölür. Əsas fərqləri ondan ibarətdir ki, ulduz astrologiyası əsas olaraq sabit ulduzları alır, halbuki tropik astrologiyada əsas, müstəvinin Yerin ekvatoru ilə kəsişməsidir. Bu iki sistem bir-birinə nisbətən sabit qalmır və hər əsr bir-birindən 1.4 qövs dərəcəsi uzaqlaşır.
loading...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər