Özəl:

Bürclərin qəribə adətləri



Bürclərin qəribə adətləri
İnsanların bəzi xüsusiyyətlərini büruzə verən bürclər həm də bir-birlərindən qəribə adətləri ilə fərqlənirlər. Misal üçün təmizkarlığı ilə seçilən Qız bürcləri əllərini tez-tez yumasalar, dayana bilmirlər.

Qoç

* Qışda papaqsız çölə çıxmırlar.

* Bağlı məkanda uzun müddət qala bilmirlər.

* Maşını özlərindən asılı olmayaraq yüksək sürətlə idarə edirlər.

* Əsəbiləşəndə başlarını harasa vururlar.

Buğa

* Maşına və ya evə girən kimi qapını açar ilə bağlayırlar.

* Nə qədər çanta və portmanatları varsa, hamısının içində mütləq 10-20 qəpik saxlayırlar.

* Hər saatda bir ətirdən istifadə edirlər.

* Çəhrayı, yaşıl, firuzəyi rəngdən çox istifadə edirlər.

Əkizlər

* Otağa girən kimi mütləq pəncərəni açırlar.

* Nəyisə izah edəndə jestlərdən istifadə edirlər.

* Mobil telefonlarını götürməsələr, heç yerə getmirlər.

* Xəstəlik dərəcəsində səyahət etməyi xoşlayırlar.

Xərçəng

* Kirpiklərinə sürmə çəkməsələr, heç yerə çıxmırlar.

* Övladlarının oyuncaqlarını atmırlar.

* Bazarda qiyməti endirməsələr, heç nə almırlar.

* Nə vaxtsa lazım olar düşüncəsi ilə heç nəyi atmırlar.

Şir

* Danışanda saçları ilə oynayırlar.

* Bütün çantalarında mütləq güzgü və maqqaş var.

* Qızıl boyunbağı, qızıl saat, qızıl üzük taxmaqdan zövq alırlar.

* Geyimləri mütləq brend mağazalardan olmalıdır.

Qız

* Əllərini tez-tez yumasalar, dayana bilmirlər.

* Ətirsiz çölə çıxmırlar.

* Dodaqlarını yeyirlər.

* Ürəkləri sıxılanda barmaqları ilə ritm tuturlar.

Tərəzi

* Ətir kolleksiyaları var.

* Ehtiyacları olsun və ya olmasın əgər çölə çıxırlarsa, nəsə almadan evə qayıtmırlar.

* Hər çantasının içində ayrı-ayrı makiyaj ləvazimatları var.

* Geyimləri mütləq brend mağazalardan olmalıdır.

* Dizlərini əstirməkdən xoşları gəlir.

Əqrəb

* Geyimləri mütləq brend mağazalardan olmalıdır.

* Saç spreylərindən çox istifadə edirlər.

* Qadınlar ipək corab, dodaq boyası və alt geyimlərini almağı çox xoşlayırlar.

Oxatan

* Mavi və bənövşəyi rəngdən geyimlərində çox istifadə edirlər.

* Oxatan kişilərinin kostyum geyinməkdən heç xoşları gəlmir. Öz toylarında belə geyinmək istəmirlər.

* Balaca və bağlı məkanlarda olmaqdan heç xoşları gəlmir.

* Dünyanı gəzmək ən böyük xəyalları arasında ilk sıradadır.

Oğlaq

* Hər şeyi qeyd edirlər.

* Kişilərin saqqal saxlamaqdan xoşları gəlir.

* Qol düyməsi və saat kolleksiyaları var.

* Ancaq bir ətiri istifadə edirlər. 

Dolça 

* Maddi vəziyyətlərindən asılı olmayaraq təkqaş üzük almağı çox xoşlayırlar.

* Hər tipdə və bütün brendlərdən eynəkləri var.

* Qaranlıqda qala bilmirlər. 

Balıq

* Ayaqqabı kolleksiyaları var.

* Bardaş qurub otururlar.

* Qadınları dırnaqlarında boya olmasa, özlərini yaxşı hiss etmirlər.

* Səhər çay və ya qəhvə içməsələr, evdən çıxmırlar
Offline
  • Şərh №: 1
  • 22 iyul 2016 12:22
  • Xəbər sayı: 0
  • Şərh sayı: 25
Əqrəb düz deyil.

--------------------

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər