Özəl:

Bürcə görə hədiyyə seçimi



Bürcə görə hədiyyə seçimi
Qoç bürcü
Lider bürclərdən olan qoçlar bu il saatlara üstünlük verirlər. Onlar üçün dəbdəbəli və göstərişli saat alsanız, çox bəyənəcəklər.

Buğa bürcü
Evə və ailəyə bağlı buğalar üçün ev aksesuarları alsanız, tam ürəklərincə olacaq.

Əkizlər bürcü
Qərarsız bürc kimi tanınan əkizlər hədiyyə mövzusunda çox qərarlıdırlar. Xarici görkəmlərinə əhəmiyyət verən bürclərdən biri kimi tanınırlar. Əkiz kişilər üçün kostyum, qadın əkizlər üçün isə üst geyimi olan gözəl plaş ala bilərsiniz.

Xərçəng bürcü
Həssas və küsəyən kimi tanınan xərçənglər isə bu il ayaqqabıdan yanadırlar. Onlara bu ilin dəbinə uyğun ayaqqabı alsanız, çox bəyənəcəklər.

Şir bürcü
Özündən əmin şirlərə isə saat, qol düyməsi və yaxa aksesuarları almağınız məsləhətdir.

Qız bürcü
Detallara fikir verən və işgüzar bürc hesab edilən qızlar üçün ən ideal seçim iş masası üçün gözəl aksesuar almaqdır.

Tərəzi bürcü
Ən mehriban bürclərdən olan tərəzilər üçün ayaqqabı və geyim alsanız, bu 14 fevralda onları xoşbəxt etməyi bacaracaqsınız.

Əqrəb bürcü
Bu bürc altında dünyaya gələn insanlar əsasən yüksək zümrəyə xas olub, əsilzadə kimi davranırlar. Əqrəb bürcünə xas olan kişilərə çox bahalı brendin portmanatını, qadınlara isə eyni şəkildə çox bahalı və gözoxşayan bir çanta hədiyyə etməlisiniz.

Oxatan bürcü
Göstərişi və dəbdəbəni sevən bürclərdən olan oxatan xanımları üçün sırqa, kişilər üçün qolbaq ideal seçimdir.

Oğlaq bürcü
Həm baha, həm də ən son trendə uyğun olan hər bir hədiyyəni bəyənirlər. Oğlaqlara hədiyyə seçdiyinizdə məhşur brend olmasına diqqət yetirin.

Dolça bürcü
İntellektual bürc hesab edilən dolçalara bu il ətir hədiyyə etməyiniz məsləhətdir. Bu il onlar ətirdən yanadırlar.

Balıq bürcü
Ən həssas və kövrək bürc sayılan balıq qadınları üçün bu il iç geyimləri, kişilər üçün köynək alsanız onların kövrək qəlblərini sevindirəcəksiniz.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər