Özəl:

Yeni il hədiyyələrini bürcə uyğun seçək



Yeni il hədiyyələrini bürcə uyğun seçək
Qoç:
Güclü xarakterə malik olan Qoçlar cah-calal düşkünüdürlər. Müasir, sadə və klassik geyim və aksessuarları xoşlayırlar. Onlara bahalı və dəbli çanta hədiyyə edə bilərsiniz.

Buğa:
Bu bürc altında dünyaya gələn qadınlar baxımlı olurlar. Xarici görkəm onlar üçün olduqca əhəmiyyətlidir. Onlara kürk və ya pencək ala bilərsiniz.
 
Əkizlər:
Əyləncəli və enerjili olurlar. Əkizlər akssesuarlardan istifadə etməyi xoşlayırlar. İpək yaylıq və ya dəbli şərf onlar üçün gözəl hədiyyə ola bilər.
 
Xərçəng:
Kövrək və küsəyən olan Xərçənglər əzizlənməkdən zövq alırlar. Onu nə qədər sevdiyinizi göstərmək üçün daim boynunda gəzdirə biləcəyi boyunbağı hədiyyə edin.
 
Şir:
Belə qadınlar ağıllı və cazibədar olur, liderliyə can atırlar. Xarici görkəmə fikir verirlər, əyləncəyə meyllidirlər. Onların aktiv tərzinə uyğun hədiyyə seçməlisiniz. İdman ayaqqabısı uğurlu seçim hesab edilə bilər.
 
Qız:
Mükəmməlik axtarışında olan bu qadınları xoşbəxt etmək heç də çətin deyil. Ona çoxdan almaq istədiyi bir kosmetik vasitə və ya iri çanta ala bilərsiniz.
 
Tərəzi:
Alacağınız hədiyyə Tərəzi qadınının zərif stilinə uyğun olmalıdır. Lüks markalardan birindən alacağınız stiletto onu valeh edə bilər.
 
Əqrəb:
Ehtiraslı, cəsarətli Əqrəb qadını xoşbəxt etməyin ən yaxşı yolu ona sevdiyi ətri hədiyyə etməkdir.
 
Oxatan:
Hərəkətli olmağı sevirlər, əməksevərdirlər. Rahatlığı sevsələr də, özlərinə bər-bəzək verməyi xoşlayırlar. Onlara ən sevdikləri aksessuarı, yəni, sırğa hədiyyə edin.
 
Oğlaq:
Bu qadınlar işgüzar olurlar. Əməklərinin qarşılığını almaq, gəlirlərini artırmaq istəyirlər. Onlara rəngli pul kisəsi almağınız məsləhətdir.
 
Dolça:
Dostları ilə vaxt keçirməyi xoşlayan, əyləncəli mərasimləri qaçırmayan bu xanımlara qızıl və ya gümüş qolbaq hədiyyə edin.
 
Balıq:
Onlar romantik və xəyalpərəstdirlər. Tək qüsurları getdikləri hər yerə gecikmələridir. Onlara saat hədiyyə etsəniz, tez-tez xatırlanacaqsınız.
Offline
  • Şərh №: 1
  • 31 dekabr 2015 22:39
  • Xəbər sayı: 211
  • Şərh sayı: 1236
yoldasim mene qizil sirga hediyye etdi

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər