Özəl:

Bürclərin ən yaxşı keyfiyyətləri



Bürclərin ən yaxşı keyfiyyətləri
Qoç-Qoç bürcü haqqını hər zaman tələb edir, özünü heç kimin qabağında əymirlər. Həddindən artıq məsuliyyətli insanlardır. Bir qaşıq su ilə əsl fırtınalar yarada bilir. Onu narahat edən olmasa, ömür boyu sakit qala bilər. Heç bir şeydən qorxmur və gücünü lazımlı məqama saxlayır.

Buğa-Buğa bürcündən olanlar sevdiyi kişi və ya qadına olduqca bahalı hədiyyələr etməyi sevirlər. Boşuna dava-dalaş çıxarmırlar. Nə asanlıqla sevə, nə asanlıqla unuda bilirlər. Bu bürcün sahibləri həm də zövqlü olur.

Əkizlər-əkizlər bürcünün ətrafı hər zaman insanlarla dolu olur. İllər ötsə də, gözəlliyini və cazibəsini qoruyub saxlayırlar. Duyğusal olmasına baxmayaraq, sevgi acısını tez unudurlar.

Xərçəng-Xərçəng bürcünün nümayəndələri bacarıqlı, eyni zamanda saf və məsum insanlar kimi tanınır. Olduqca romantik insanlardır. Xərçəng bürcündən olan insanların əhvalı tez-tez dəyişə bilir. Bəzən nə istədiklərini heç özləri də bilmirlər. 

Şir-Şir bürcündən olan insanlar lider ruhlu olduqları üçün hər zaman irəli getməyə öyrəşirlər və sevgi ilə təmin olmaqlarını gözləyirlər. Başqasının yüksək pilləyə qalxmasını həzm edə bilmədiyi üçün qısqanclıq duyğuları açıq şəkildə hiss olunur. Bundan stressə düşürlər. Həm də açıq sözlü, heç nəyə boyun əyməyən və istiqanlı keyfiyyətləri ilə özlərini insanlara sevdirə bilirlər.

Qız-Qız bürcünün nümayəndələri bəzən çox duyğusal olurlar. Bir insanı özünə aşiq etməyi çox gözəl bacarırlar. Geyimə, sağlamlığa çox diqqət verirlər. Özündən başqa, heç kimə inanmırlar.

Tərəzi-Tərəzi bürcünün təmsilçilərinin yaraşıqlı olması onlara hər zaman kömək edir. Qarşısındakı insanı özünə inandırmaqda usta sayılırlar.

Əqrəb-əqrəb bürcündən olanların cinsi həyatları olduqca sağlamdır və dayanılmaz cazibəyə sahibdirlər. Onlar çox mənalı gözlərə sahib olurlar. İstədiklərini əldə etməyi bacarırlar. Ya hər şey, ya da heç nə devizi ilə yaşayırlar.

Oxatan-Oxatan bürcü isə macəra və həyəcanı sevən insanlardır. Hər kəsə güvənir və tez aşiq olurlar. Qısqanclığı ilə hamını bezdirirlər. Pozitiv və yumor qabiliyyəti güclü olduğu üçün hər kəsi güldürməyi yaxşı bacarırlar.

Oğlaq-Oğlaq bürcünün təmsilçiləri yalnızlığı sevirlər, insanlara qarşı anlayışlı davrana bilmirlər. Bu bürcün nümayəndələri dürüstlüyü sevir və yaşından böyük davranırlar. Hər yaşda insanla o yaşa uyğun rəftar edirlər.

Dolça-Dolçalar dostluqda sədaqətlidir, sirr saxlamağı bacarırlar. Orijinal fikirləri ilə hər yerdə seçilirlər. İnsanlarla ünsiyyətdə hər zaman məsafə saxlayırlar.

Balıq-Balıq bürcünün nümayəndələrinin özünəməxsus dünyası olur. Bu bürcün insanları şair ruhlu olurlar. Eyni zamanda, çox mərhəmətli və səxavətli insanlar olurlar.

Offline
  • Şərh №: 1
  • 1 iyun 2016 16:41
  • Xəbər sayı: 1
  • Şərh sayı: 58
twk buga duz

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər