Özəl:

Körpələrə əmzik verən analara xəbərdarlıq



Körpələrə əmzik verən analara xəbərdarlıq
Analar bu üsuldan məsləhətsiz istifadə edərək övladlarının sağlamlığında bir sıra fəsadların yaranmasına səbəb olur.

"Əmziyini ver, qoy sakitləşsin" - hər gün anaların istifadə etdiyi  bu ifadələrdən bəlli olur ki, əmzik anaların rahatlığı üçün bir vasitə, körpələrin isə ən sevimli məşğuliyyətidir. Son zamanlar demək olar ki, anaların bir çoxu həkim məsləhəti olmadan, yaşından asılı olmayaraq körpələrini əmziyə öyrəşdirir. Statistikaya nəzər salsaq görərik ki, 70 faiz analar bu üsuldan məsləhətsiz istifadə edərək övladlarının sağlamlığında bir sıra fəsadların yaranmasına səbəb olur.
 
Məsələ ilə bağlı açıqlama verən Səhiyyə Nazirliyinin baş pediatrı Nəsib Quliyev bildirib ki, əmziyə öyrətmə valideynlərin öz övladlarını aldatmaq üçün bir üsuldur: "Əmziklər ilk olaraq infeksiya mənbəyidir və uşaqlarda qulaq infeksiyası, mədə-bağırsaq xəstəlikləri, diareya (boş sulu tez-tez baş verən nəcis ifrazı) xəstəliklərinə, süd yarası kimi fəsadların yaranmasında ilkin səbəbdir".
 
Yeniqadın.biz bildirir ki,  həkimin sözlərinə görə, əmzikdən istifadə edən körpələrin dişlərində, ağız aparatlarında əyriliklər, inkişafdan qalma kimi problemlər yaranır. Dişlərin nizamsız düzülüşünə və hətta tədricən yumşaq damağın deformasiyasına və ya nitq problemlərinə gətirib çıxara bilər. Uşaqların 3-4 yaşına kimi danışa bilməməsinin səbəblərindən biri də məhz əmzikdir.
 
Nəsib Quliyev analara bu üsulu heç məsləhət görmür. "Dünyada insandan başqa heç bir canlı əmmə prosesini öz balasına imitasiya etmir. Hər bir ana öz körpəsini təbii yolla qidalandırmalı, süni vasitələrdən istifadə etməməlidir. Övladının sağlam böyüməsini istəyən valideynlər əmziklərdən ümumiyyətlə istifadə etməsinlər. Süd ehtiyatında problem olan analar isə süni qidalardan, əmzik kimi süni vasitələrdən istifadə etmək əvəzinə təbii keçi südündən istifadə etsinlər".
 
Psixoloq Vəfa Əkbər isə əmziyin körpədə şüuaraltı asılılıq yaratdığını vurğulayıb: "Körpə əmziyi olmayanda özünü narahat hiss edir və yuxu pozğunluğu, adaptasiya kimi problemlərə yol açır. Valideynlərə isə məsləhətimiz odur ki, əmzik kimi süni vasitələri övladlarından uzaq tutsunlar

loading...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər