Özəl:

Hiperlaktasiya



Hiperlaktasiya
Hiperlaktasiya – süd boldursa, narahat olmağa dəyər. Südünün hər damlası uğrunda mübarizə aparan və litrlərlə südgətirici çaylar içən analar, südünün azalmasını istəyən anaları çətin başa düşərlər.
Lakin, vəziyyət belə də olur və belə halda kimin bəxtinin daha çox gətirdiyini bilmək olmur.
Hiperlaktasiyadan əziyyət çəkən analarda aşağıdakı simptomlar müşahidə olunur:
Döşlərdə daim şişkin və ağrı, laktostaz, südün axması və ananın adi döş bezləri ilə axıntının qarşısını ala bilməməsi, daim ön südün çoxluğundan əziyyət çəkən körpə və super-südlü ananın həyatının digər narahatlıqları. Bir çox hallarda bu cür analar laktasiyanın qarşısını alan dərmanlar qəbul edir və döşlərini kip bağlayırlar. Axı onlar həkimlərdən "südünü sağ” kəliməsindən başqa heç bir faydalı məsləhət almırlar. Bu məsələ internetdə də az işıqlandırılıbdır.
Çoxları düşünür ki, əsas odur ki, körpə kifayət qədər ana südü alsın, ana isə bu vəziyyətə bir təhər dözə də bilər. Gəlin məsələni aydınlaşdıraq. Beləliklə, hiperlaktasiya, körpəsini bir döşdən o biri döşə tez-tez keçirən və bununla da öz orqanizmini daha da çox süd ifraz etməyə təşviq edən analarda baş verə bilər. Əslində döşləri tez-tez dəyişmək, süd çatışmamazlığı zamanı məsləhətdir. Hiperlaktasiya halında isə ana sadəcə körpəsini 2 saat ərzində yalnız bir döşlə əmizdirməlidir, yəni, körpəni bir döşlə bir neçə dəfə qidalandırıb, daha sonra körpə uzunmüddətli yuxuya gedib oyandıqdan sonra o biri döşə keçməlidir. Bu zaman, laktasiya 1 həftə ərzində qaydasına düşəcəkdir. Əgər bu üsul kömək etmirsə – döşü "hissə-hissə” verin, yəni, bir döşü körpəyə daha uzun müddət verin və bir neçə əmizdirməyə qədər uzadın, yəni, bir döşlə qidalandırmanı 4-5 saata qədər uzadın. Beləliklə, siz səhər tezdən körpənizi sol döşünüzlə qidalandırırsınız, nahar zamanı isə ona sağ döşünüzü, axşam sol döşünüzü, gecə sağ döşünüzü verirsiniz.
Bu, hiperlaktasiyanı nəzarətdə saxlamağın ən təsirli yoludur.  Hiperlaktasiya, körpəni əmizdirdikdən sonra südün artığını daim sağmağın nəticəsi də ola bilər. Bir qayda olaraq, laktasiyanın incə tənzimləmə mexanizmi, hələ ana doğum evində olarkən döşlərində süd durğunluğunun profilaktikası üçün südünü sağmağa məcbur edildikdə pozulur. Belə olan halda, ana körpəsini tez-tez əmizdirməklə, südünün sağılmasının sayını sıfıra endirməlidir.
Əvvəlcə süd sağmağa sərf etdiyiniz vaxtı qeyd edin və bu vaxtı hər 3 gündən bir, bir neçə dəqiqə azaldın. Bu ərəfədə döş yeni süd sağma rejiminə uyğunlaşır. 3-4-cü gün südünüzün sağılmasını daha bir neçə dəqiqə azaltmaq olar. Əgər körpə günorta vaxtı 2 saatdan çox yatırsa onu oyatmaq və əmizdirmək gərəkdir. Həmçinin, gecə 3-4 saatdan bir körpəni əmizdirmək zəruridir.
Bir çox analar, döşdə süd durğunluğu qorxusu ilə süd sağmaqdan əl çəkə bilmirlər. Amma inanın ki, əgər siz körpənizi tez-tez və düzgün əmizdirsəniz, həmçinin körpənizə əmzikli şüşədə əlavə qida və ya maye verməsəniz, əmzik təklif etməsəniz əmizdirmələrdən sonra südü sağmağın bir anlamı yoxdur. Lakin, bəzən elə olur ki, hiperlaktasiya, ananın orqanizminin təbii xüsusiyyətləri və hormonal pozğunluqlar nəticəsində əmələ gəlir. Bu məsələdə birinci yerdə sonsuzluğun müalicəsi, hamiləlik əleyhinə dərmanların qəbulu, qalxanabənzər vəzin, hipofiz vəzinin və yumurtalıqların patologiyası durur.
Belə olan halda, kompleksli yanaşma zəruridir-mütəxəssis nəzarətində olmaq, düzgün qida və maye qəbulu rejimini təşkil etmək. Birinci növbədə rasiondan laktasiyanı stimullaşdıran məhsulların, həmçinin qaynar içkilərin çıxarılması daxildir. Fitoterapiyanı sınamaq, məsələn laktasiyanı azaldan adaçayı çayı içmək olar.
Əmizdirmənin təşkilinə gəldikdə isə, burada ümumi tövsiyyələr vermək çətindir. Çünki, döşün dəyişdirilməsi intervallarının uzadılması heç də bütün analara uyğun gəlmir. Adətən əzmidirmə məsləhətçisi belə analara vəziyyətdən asılı olaraq, fərdi qaydada məsləhətlər verir.
Maraqlı fakt: Monqolustan sakini, 4 uşaq anası Baldanqiyn Oyunçimeq, super-əmizdirən ana olaraq məşhurlaşmışdır. Süd əmizdirdiyi dövr ərzində, o yüzlərlə yad körpəni südlə təmin edibdir. Qırmızı Xaç təşkilatının əməkdaşlarının hesablamalarına görə, bu qadın həyatı boyunca 1600 litr südünü başqa körpələrə bəxş edib! Onun südünü içmiş ilk uşaqların hal-hazırda 50-yə yaxın yaxşı var. Hələ gənc ikən Oyunçimeq öz oğlunu əmizdirəndə, onun hiperlaktasiyadan əziyyət çəkdiyini bilən analar, ondan öz körpələrini də əmizdirməyi xahiş edirdilər. Monqolustan hökuməti dünyanın ən "südlü” anasını bir neçə orden, medal və fəxri fərmanlarla təltif etmişdir.
loading...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər