Özəl:

Uşaqlara "bağışla" deməyi məcbur etməyin



Uşaqlara
Tez-tez oyun meydançalarında, bağçalarda və məktəblərdə bu hadisənin şahidi oluruq: böyüklərdən biri, bir uşağın elədiyi hərəkətə görə digərindən (və hətta böyüyün özündən) üzr istəməsi üçün israrla təkid edir.
Buna evlərdə də rast gəlmək olur: ata və ya ana bir övladının digərindən üzr istəməsi üçün az qala dəridən-qabıqdan çıxır. Əlbəttə ki, onlar bunu övladlarının tərbiyəsi istiqamətində mühüm bir addım kimi dəyərləndirirlər. Lakin, məsələnin əslinə baxsaq, əslində bunun yalnış bir üsul olduğunu anlayarıq. Uşaqların beyninin yeni qabığı bəzi həqiqətləri dərk edəcək qədər kifayət dərəcədə inkişaf etməyib. Odur ki, uşağı üzr istəməyə məcbur etməzdən əvvəl bəzi məsələləri diqqətə almaq lazımdır.
İlk öncə onu yadda saxlamalıyıq ki, uşaqlar səbəbsiz yerə heç bir pis davranışa yol vermir. Odur ki, məsələnin kökünü araşdırın. Uşağınızla söhbət edin, onu bu hərəkətə nəyin vadar etdiyini müzakirə edin.
 
Qadınlar.Biz bildirir ki, qarışıq hisslər keçirmək, uşağın inkişafında mühüm rol oynayır. Bu, uşağın vəziyyətə adaptasiya olunması üçün ən vacib amillərdən biridir. Odur ki, siz uşağınıza gülümsəyərək "Səhər qardaşınla (bacınla) nə yaxşı oynayırdız, indi isə dalaşırsız" deyərək, qarışıq hisslər keçirməyin normal olduğunu ona bildirin. Çünki, hər bir normal insan kimi, uşaqlar da vəziyyətdən asılı olaraq öz qəzəblərini və ya öz sevinclərini büruzə verə bilərlər. Sadəcə olaraq ona bu qəzəbini büruzə verməyin təhlükəsiz və alternativ yollarını təklif edin: məsələn, ürəkdən qışqırmaq, yastıqları yumruqlamaq və s. Uşaq özü qəzəbli ikən, qəzəbi soyumamış, onun başqasından üzr istəyəcəyini gözləməyə dəyməz. Özümüzü belə bir vəziyyətdə təsəvvür edək: hətta haqsız olduğumuzu bildiyimiz halda, biz böyüklər qəzəb anında üzr istəməyi təkəbbürümüzə sığışdırmırıq.
Psixoloq Laura Marxam hesab edir ki, uşaqlara bir-birilə ünsiyyət qurmağa, öz istək və ehtiyaclarını ifadə etməyə, bir-birinin sözünü dinləməyə onlara kömək etmək lazımdır. Psixoloqun sözlərinə əsasən, "qaydaları pozmuş" uşağın hirsi soyuduqda, ona öz bacı-qardaşı ilə münasibətlərini düzəltməsi üçün müəyyən üsullar da təklif etmək olar. Həmçinin psixoloq hesab edir ki, bir uşağı məcburən digərindən üzr istəməsinə vadar etmək, onu yalana öyrədə bilər. Çünki, həmin an uşaq üzr istəməyi ürəkdən və səmimi şəkildə istəmədiyi üçün, "məni bağışla" deməklə yalan danışmış olur.
Uşaqlar sərgilədiyi bütün davranışları bizdən öyrənir. Əgər biz böyüklər bilərək və ya bilməyərək bir-birimizi və ya uşağımızı incitdikdə, qəlbini qırdıqda üzr istəsək, uşaq da təbii olaraq bu davranışı nümayiş etdirəcəkdir. Odur ki, övladımızdan gözlədiyiniz bütün gözəl davranışlara məhz özümüz nümunə olmalıyıq.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər