Özəl:

Uşağınızı üzgüçülüyə bu yaşda qoyun



Uşağınızı üzgüçülüyə bu yaşda qoyun
Üzgüçülüyün bütün bədənə, bəzi xəstəliklərlə müalicədə nə qədər faydalı olduğu çoxlarına məlumdur.

Son zamanlar uşaqlar arasında da üzgüçülüyə maraq xeyli artıb. Bəs uşaqların üzgüçülüyə başlamasının ideal yaş həddi neçədir? Mütəxəssislər bədən inkişafına və duruşuna birbaşa təsir edən üzgüçülüyə başlamağın ideal yaş həddinin 4 olduğunu deyirlər. Ümumiyyətlə, üzmək uşaqların çox sevdiyi və erkən yaşda başlaya biləcəkləri idman növlərindən biridir.

Bədən müqavimətini 70% artırır

Üzgüçülüyün bir çox faydası var. Ən önəmli faydalarından biri bədəndəki bütün əzələlərin işləməsini təmin etməsidir. Bununla yanaşı, bədən inkişafını və duruşunu dəstəkləyir. Erkən yaşda öğrənildikdə boğulma riskini minimuma endirir. Uşaqların özgüvən qazanmasına böyük təsiri var. Məktəb xaricində sosiallaşa biləcəkləri bir mühit yaradır. Üzən zaman çoxlu enerji sərf olunduğundan uşaqlarda piylənmənin qarşısını alır. Skelet əzələlərinə, böyümə və inkişaf sisteminə faydaları var. Üzgüçülüklə məşğul olan uşaqların immunitetləri məşğul olmayan həmyaşıdları ilə müqayisədə 70% güclüdür.

İdeal başlama yaşı 4

Üzgüçülüyə başlamağın ideal yaşı 4-dür. Bunun səbəbi isə o yaşda əzələ və oynaq strukturlarının elastikliyini itirməmiş olmasıdır. Bu yaş qrupundakı uşaqlar suyun üstündə qala bilmə və nəfəs alma məşqləri edirlər. 6 yaşdan etibarən isə texniki məşqlərə başlana bilər.

Məşqçinin rolu böyükdür
Üzgüçülüyün önəmli faktorlarından biri də məşqçidir. Uşaqları çox sevən səbrli və yaradıcı məşqçilər üzməyi balacalara daha tez sevdirər, onların daha istəkli şəkildə idmanla məşğul olmasına səbəb olarlar. Təbii ki, bu durum hər idman növü üçün keçərlidir. Hər uşaq oyunla öyrənir. Yaradıcı olmaq, dünyanı uşaqların gözü ilə görə bilmək, onlarla dost olmaq daha əyləncəli mühit yaradar.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər