Özəl:

Süd verən analara özəl qidalanma menyusu



Süd verən analara özəl qidalanma menyusu
Mütəxəssislər dəfələrlə bildirirlər ki, ananın düzgün qidalanması südün miqdarı və keyfiyyətini artırır.

YeniQadın.Biz bildirir ki, əmizdirmə həm ana, həm də körpə üçün olduqca əhəmiyyətlidir. Xüsusən də körpənin ilk 6 ayında yalnız ana südü ilə qidalanması vacibdir. Çünki ana südünün tərkibi körpənin bütün ehtiyaclarını qarşılayacaq quruluşa malikdir. Ancaq bu dövrdə düzgün və kifayət qədər qidalanmaq lazımdır. Əmizdirmə dövründə sağlam və düzgün qidalanmaq ana südünün keyfiyyətini artırmaqla bərabər, doğuşdan sonra artıq çəkidən xilas olmağa da kömək edir.

Ana südü körpənin inkişafı üçün ən uyğun qidadır. Körpənin ehtiyacı olan yağ, su, vitamin, mineral, karbohidrat və zülalı ehtiva edir. Bundan başqa, ana südündəki qoruyucu maddələr körpənin immunitet sistemini gücləndirərək, infeksiyalara qarşı qoruyar. Gigiyena baxımından da son dərəcə uyğun olan əmizdirmə ananın sağlamlığı üçün də olduqca əhəmiyyətlidir. Ana südü körpə ilə ana arasındakı bağı gücləndirir. Əmizdirən analarda döş, yumurtalıq və uşaqlıq xərçəngi, sümük əriməsi, diabet, dəmir əskikliyi, doğum sonrası depressiya və doğum sonrası qanama riski azalır. Əsasən ilk 6 ay ana südü ilə qidalanan körpələrdə infeksiya xəstəlikləri, xərçəng, allergiya, diabet, damar sərtliyi, qəbizlik və ishal riski azalır, immunitet və həzm sistemi güclənir. Zəka inkişafına qatqı təmin edən əmizdirmə  körpələrin ağız və diş sağlamlığını da qorumağa kömək olur.

Mütəxəssislər süd verən analara ilk növbədə bol su içməyi, zülal və kalsium qəbuluna üstünlük verməyi məsləhət görürlər. Aile.lent.az uşaq əmizdirən anaların qidalanmasında diqqət etməli olduqları məqamları sıralayıb.

1. Həftədə ən az 2 dəfə balıq yeyin. Omega 3 qaynağı olan balıq ana südünün keyfiyyətinə dəstək olur. Qızartma, buğlama və ya sobada bişən balığın təzə olmasına fikir verin.

2. Hər gün 1 ədəd yumurta yeyin. Yumurta ən keyfiyyətli zülal qaynağı olan qidadır. Yumurta qaynanmış, omlet və ya qayğanaq şəklində ola bilər.

3. Süd və süd məhsullarına əhəmiyyət verin. Zülal və kalsium ehtiyacı üçün hər gün ən az 1 stəkan süd için. Süd sizdə qaz şikayətinə səbəb olursa, laktozsuz südləri seçə bilərsiniz. Naharda pendir, günorta və axşam yeməklərində də qatıq yeyə bilərsiniz. Həzm sisteminizin sağlamlığı üçün probiotik xüsusiyyəti olan kefiri hər gün 1 stəkan içməyi vərdiş halına gətirin.

4. Taxıl qrupu qidaları unutmayın. Plov, makaron, çörək kimi taxıl qrupu qidaları hər yeməkdə yeyin. Tam taxıllı olanlara üstünlük verin.

5. Yetərincə zülal qəbul etdiyinizə əmin olun. Yumurta, süd məhsullarından əlavə, ət, toyuq, hinduşka əti kimi qidalara üstünlük verin. Gün ərzində orta ölçülü 5 küftə yeyə bilərsiniz.

6. Həftənin ən azı 2 günü bitki mənşəli zülal qaynağı olan quru paxlalı yeməklər seçin. Ancaq qaz şikayətinə səbəb olursa və südlə körpəyə də keçirsə, bir müddət ara verin.

7. D vitamini qəbul edin. D vitamini qidalarda olmur. Yalnız günəş şüalarının birbaşa dəriyə əks olunması ilə təmin olunur. Bu səbəbdən hər gün günəşə çıxın. Körpənizi də ən 15 dəqiqə havada gəzdirin.

8. Yeməklərdə yodlu duz istifadə edin. Təbii qidalarla təmin edilən yod yalnız yodlu duz istifadəsiylə ana südündən körpəyə keçir.

9. Şirniyyata diqqət edin. Şirin ehtiyacınızı quru meyvələr, meyvə şirinləri, yüngül südlü və qida dəyəri yüksək olan şirin alternativlərlə təmin edin.  

10. Açıq çay, kafeinsiz qəhvə, cökə, nanə, çobanyastığı kimi bitki çaylarına üstünlük verin. Şəkərsiz içməyiniz məsləhətdir.

11. Hər gün ən az 1 ovuc qırmızı rəngdə meyvə və ya tərəvəz yeyin. Qırmızı rəngli tərəvəz və meyvələr rəngini "likopen" və "antosiyanin" adlandırılan təbii piqmentlərdən alır.  Qırmızı rəng qrupunda pomidor, qarpız, itburnu, çiyələk, qırmızı moruq, qreypfrut, nar, qırmızı bibər, zoğal var. Gün ərzində qırmızı qida yediyinizə əmin olun.

12. Hər gün ən az 1 ovuc narıncı rəngdə meyvə və ya tərəvəz yeyin.  A vitamini ilə zəngin olan sarı-narıncı rəngdəki qidalar bədəni hərəkətə gətirir, immunitet sistemini gücləndirir. Sarı-narıncı rəng qrupunda yer alan meyvə və tərəvəzlər bunlardır: balqabaq, kök, şaftalı, ərik, qovun, manqo, nektar, portağal, naringi, ananas, limon, sarı bibər, kartof, qarğıdalı və  s.

13. Hər gün ən az 1 ovuc yaşıl rəngdə meyvə və ya tərəvəz yeyin. Yüksək C vitamini tərkibli  yaşıl qrupda yer alan meyvə və tərəvəzlərə qidalanmamızda əhəmiyyət verməliyik. Bunlar yaşıl üzüm, alça, kivi, yaşıl soğan, avokado, brokoli, kələm, kahı, təzə nanə, şüyüd, turşəng, təzə paxla, yaşıl dolmalıq bibər, yaşıl acı bibər, yaşıl noxud, brüssel kələmi, xiyar, ispanaq və digər bütün yaşıl yarpaqlı tərəvəzlərdir.

14. Hər gün ən az 1 ovuc bənövşəyi rəngdə meyvə və ya tərəvəz yeyin. Çox güclü antioksidant olan antosiyaninlə zəngin bu rəng qrupunda badımcan, qırmızı çuğundur, qırmızı soğan, turp, böyürtkən, qara moruq, əncir, qara üzüm, gilas, albalı, quş üzümü, qara tut, quru üzüm və s. kimi meyvə və giləmeyvələr var.

15. Hər gün ən az 1 ovuc ağ rəngdə meyvə və ya tərəvəz yeyin. Keyfiyyətli posa tərkibi baxımından həzm sisteminin dostudur. Bu qrupda banan, alma, armud, heyva, gül kələm, ağ kələm, sarımsaq, soğan, zəncəfil, göbələk, kartof, ağ turp, kərəviz və s. kimi tərəvəz və meyvələr var. 

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər