Özəl:

Uşağı qışda belə geyindirin soyuq dəyməsin



Uşağı qışda belə geyindirin soyuq dəyməsin
Valideynlər yaxşı bilir ki, soyuqdəymə temperatur dəyişməsi - hədsiz isti və hədsiz soyuğun bir-birini əvəz etməsi nəticəsində yaranır.
Ona görə də uşağı elə geyindirmək lazımdır ki, o, nə soyuqdan donsun, nə də istidən tərləsin. Müxtəlif temperaturlar üçün nümunəvi geyim sxemi sizə problemlərdən uzaq olmağa kömək edəcək. Aile.lent.az Rusiya mətbuatına istinadən analara uşaqlarını geyindirmək üçün ideal geyim nümunəsini təqdim edir.

+5/-5 dərəcə
Uzun qollu futbolka, sintefon və ya membranlı kombenizon, kalqotka, üzərindən qış ayaqqabısı, yun əlcək və papaq.

-5/-10 dərəcə
Alt paltarları və ya termogeyim, nazik vodolazka, poliestrla doldurulmuş və ya membranlı kombenizon, kalqotka, qış ayaqqabısı, yun corab, yun əlcək.

-10/-15
Alt paltarları və ya termogeyim, yun kostyum, poliestrla doldurulmuş və ya tüklü kombenizon. Papaqlı kurtkanı isə yalnız güclü külək olduğu zaman geyindirə bilərsiniz. Yun və ya termocorabın üstündən qış çəkmələrini geyindirin. Yun əlcəyi də unutmayın.

-15/-25
Yenə də eyni geyimlər. Ancaq gəzintiləri vaxta əsasən məhdudlaşdırın: küləksiz havada 1 saatdan çox, küləkli havada isə yarım saatdan çox çöldə qalmayın. 1 yaşı tamam olmayan uşaqlar 15 dərəcədən aşağı temperaturda ümumiyyətlə, çölə çıxarılmamalıdır.
Bu sxemdən istifadə edərkən unutmayın ki, bütün uşaqlar fərqlidir. İstər geyindirərkən, istər gəzdirərkən uşaqların fərdi xüsusiyyətinə, orqanizminə diqqət edin.

Məsləhət:
Əziz analar, uşağın kombenizonu və ya qış ayaqqabısı membranlıdırsa, kalqotka və alt geyimi mütləq sintetik olmalıdır. Passiv gəzinti üçünsə tərkibində 40%-dən çox təbii parça olmayan termogeyim uyğundur. Termogeyim yalnız gəzinti zamanı geyindirilməlidir!
Hətta güclü şaxtada belə, uşağın ağzını şərf və ya dəsmalla bağlamayın. Uşaq istənilən soyuq havada normal nəfəs alır. Məsələn, mağazaya uşaqla bərabər düşürsünüzsə, ona elə kombenizon geyindirin ki, içəri girəndə kurtkanı çıxara biləsiz. Şərflə papağı da çıxardın ki, uşaq tərləməsin. Uşağın donub-donmadığını burnunun ucu, boynu, topuq və biləklərindən bilmək olar. Soyuq havada çəhrayı rəng olan yanaq və burun isə donmağın yox, uşağın sağlamlığının əlamətidir. Çünki üz donmasın deyə qan o nahiyədə toplanmalıdır.

loading...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər