Özəl:

Uşağın qarnı ağrıyırsa...



Uşağın qarnı ağrıyırsa...
Hәr qarın ağrısı apendisit әlamәti olmaya bilәr. Uşaqlarda ishal, qәbzlik vә hәtta orta qulaq iltihabı belә, qarındakı limfa vәzlәrini şişirib qarın ağrısına sәbәb ola bilәr. Buna görә dә hәr qarın ağrısı apendisit kimi qiymәtlәndirmәmәlidir.

İşarә vermәdәn ortaya çıxa bilәr

Apendisit başlanğıc әrәfәsindә çox tipik işarә vә әlamәtlәr vermәdәn irәlilәyә bilәr. Ağrılar yeni başladıqda apendisiti tanımaq çәtin ola bilәr. Buna görә dә uşağın xәstәxanada bir müddәt nәzarәt altında saxlanması vә lazım olan analizlәrin aparılması çox vacibdir. Apendisit kiçik yaşlarda çox rast gәlinmir. Yaş artdıqca apendisit tәhlükәsi artır. Ümumiyyәtlә isә, mәktәb vaxtlarından yeniyetmә dövrünәdәk olan müddәtdә daha çox rast gәlinir. Apendisitin uşaqlar arasında yayılması onların infeksiyalara daha yaxın olmaları ilә bağlıdır.

Apendisitin digәr әlamәtlәri
Qarnın sağ hissәsindә gedәrәk artan ağrı (sağ bölgәdәki ağrı bud sümüyünün üst hissәsindә hiss edilir), mәdә
bulanması, ağrılar başladıqdan sonra qusmalar, qarın hissәsinin şişmәsi, qazla birlikdә müşahidә edilәn qәbzlik vә ya ishal, qaz çıxarmaqda çәtinlik, qızdırma, ağrılı sidik ifrazı.

Tumlu qidalara diqqәt edin
Hәkimlәr bildirir ki, apendisitin qidalanma ilә heç bir әlaqasi yoxdur. Lakin balaca uşaqlara tumlu qidalar verәn zaman diqqәtli olmaz lazımdır. Misal üçün, kiçik bir limon dәnәsi belә, dәliyi tıxaya bilәr vә apendisit inkişaf edә bilәr. Bundan başqa, dәnә vә ya başqa bir faktor olmasa da, bәdәnin öz fәsadları nәticәsindә dә apendisit tıxana vә nәticәdә partlaya bilәr.

Apendisit partladıqda...

Uşqlar hәkimә getmәyә qorxduqları üçün çox zaman әlamәtlәri gizlәyirlәr. Lakin apendisit ağrısını gizlәtmәk çox da mümkün deyil. Xüsusәn dә cәrrahi müdaxilә lazım olan bir vәziyyәtdә, yәni uşaq halsızlaşır, yerimәyә çәtinlik çәkir, qidalanmır vә qusur. Apendisit partlaması bir riskdir, bu, xәstәliyin daha da irәlilәdiyini göstәrir.
Lakin partlasa da, xәstә ölüm tәhlükәsi ilә üz­üzә dayanmır. Mümkün olduqca әn qısa zamanda xәstәxanaya gәtirilmәlidir. Әgәr apendisit partlayıbsa, çıxarılır, qarının içәrisi yuyulur vә antibiotik müalicәsi edilir. Bu cür vәziyyәtlәrdә xәstәxanada qalma müddәti uzana bilәr.
loading...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər