Özəl:

Uşaq yalanlarının müxtəlif səbəbləri



Uşaq yalanlarının müxtəlif səbəbləri
Uşaqlar müxtəlif səbəblərdən yalan söyləyə bilərlər. Uşağın yalanı nə vaxt və kimə deməsinə mütləq şəkildə fikir verməliyik. Yalan söyləyən uşağın neçə yaşında olmasına  da diqqət yetirməliyik. Təbii ki, 3-5 yaş arası uşaq hadisələri, gerçəkləri düzgün qavramadığı üçün gördüklərini daha fərqli şəkildə anladır və uydurur. Bu zaman ata-ana uşağın olmayan şeyləri anlatmasını yalan kimi qəbul edir. Bunun səbəbi isə belə aydınlaşır ki, 3-5 yaşlı uşağın xəyal dünyası çox genişdir və yalanla, yalan olmayan hadisəni fərqləndirə bilmir. Lakin 7 və 11 yaşdan sonra danışılan yalanlara artıq önəm verməliyik.
Uşaqların söylədikləri yalanların yaşa uyğun qrupları:
1) Söz yalanları 7 yaşdan əvvəl olan yalanlar. Bunlara yalan demək olmaz.
2) Vərdiş halına gələn yalanlar. Bu tip yalanlar 7-dən yuxarı yaşlarda daha çox rast gəlinir.  
3) Patoloji yalanlar. Bu yalan növü duyğuların pozğunluğundan yaranan yalanlardır.
 
Uşaq yalanlarının müxtəlif səbəbləri var:
1) Ana və atasından yetərli diqqət görməyən uşaq yalan danışar.
2) Cəzalandırılmaqdan qorxan uşaq yalan danışar.
3) Ətrafdakıların diqqətini çəkmək istəyən uşaq yalan danışar.
4) Ətrafında yalan söyləyən şəxslərin olması uşaqda psixoloji dəyişikliklərə səbəb olur və uşaq yalanı daha əyləncəli hala gətirir, danışıqları çox zaman yalandan ibarət olur.
5) Ailəsindən tərif eşitmək istəyən uşaq yalan danışar.
6) Başqaları ilə müqayisə edilən uşaq daim yalana baş vurar.
7) Uşaq dostlarının rəğbətini qazanmaq və daha çox dostu olması üçün yalan danışar.
8) Əgər uşağın istəkləri gerçəkləşmirsə, o, istəklərinin həyata keçməsi üçün yalan danışar.
9) Özgüvəni aşağı olan uşaqlar yalan söyləməyə meylli olurlar.
10) Valideynlərin yalnış davranışlarına görə uşaq daxilinə qapanır, ona görə də bəzən həqiqəti deyil, yalan söyləyir.
11) Ailəsinə bağlı olan uşaqlar onları incitməmək, kədərləndirməmək üçün yalan danışar.
12) Hərəkətləri ailəsi tərəfindən kontrol altına alınan, davranışları müzakirə edilən uşaq  səhv etməkdən, cəmiyyətdə alçaldılmaqdan qorxur. Bu vəziyyətdəki uşaqlar ailəsi tərəfindən danlanmaması üçün yalan danışırlar.
Uşağın yalan söyləməsində ailənin rolu böyükdür, çünki uşaq ata və anasını daim özünə nümunə götürür. Buna görə də ata-ana gündəlik yaşantısındakı danışıq tərzinə və davranışına diqqət yetirməlidir. Mütləq şəkildə valideynlər uşaqlara qarşı öz davranışlarına da diqqət yetirməlidirlər ki, uşaqların yalan danışmasına səbəb verməsinlər.
 
Ailələr uşağın yalan söylədiyini anladığında nə etməlidirlər?
 
Təbii ki,uşağın hər hansı davranış və duyğusunu hansı qismdə ortaya çıxartmasının səbəbi çox önəmlidir. Uşaq yalnız ata-anasına yalan söyləyirsə, deməli, onlardan qorxduğu üçündür. Və bu zaman bu halın baş verməməsinə xüsusi diqqət yetirməliyik. Yəni, yalan ortaya çıxdığı zaman sərt, şiddət kimi reaksiyalar vermək düzgün deyil. Uşağa "gerçəyi söylə” deyə hər hansı bir məcburiyyət etmək düzgün deyil. Bundan başqa, uşaqlara tək valideyn yox, həmçinin  dost olmağı bacarmaq lazımdır. Uşaqlarla elə münasibət qurmaq lazımdır ki, onlar özlərinin istəklərini, çətinliklərini, narahatlıqlarını valideynləri ilə bölüşə bilsinlər. Uşağı dinləmək və həll yollarını özünün tapmasına yardımçı olmaq lazımdır. Doğru söyləmənin necə düzgün olduğunu öyrədin və ailə içərisində çətin olsa belə, bəzi hadisələri doğru söylədikdə hər hansı bir qorxsunun əsassız olduğunu göstərin. Valideyn yalanı xoş qarşılamaq və ya cəzalandırmaq əvəzinə uşağın doğrunu görməsinə çalışmalıdır.
 
loading...
Offline
  • Şərh №: 1
  • 26 noyabr 2015 12:42
  • Xəbər sayı: 211
  • Şərh sayı: 1240
menim usaqim hele yaxşı danisa bilmir amma mene sonra lazim olar bu xeber

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər