Özəl:

Xoşbəxt övlad böyütmək üçün



Xoşbəxt övlad böyütmək üçün
Zarafatlaşmaq. Әylәnin! Uşağınızla zarafat etmәk sosial uğuru üçün özünü hazırlamasına yardım edir.
Valideynlәr zarafat edәndә, ya tәqlid edәndә uşaqlara yaradıcı düşünmәk vә stresslә başa çıxmaq üçün zәmin
yaradır.
Müsbәt olun. Uşaqlarına mәnfi düşüncә vә duyğularla yaxınlaşan valideynlәrin uşaqlarının kobud, dalaşqanolması son dәrәcә normal qәbul edilmәlidir. 5 yaşında ikәn ortaya çıxan dalaşqan davranışlar valideynlәrdәgörülәn davranışlarla bağlıdır. Әlinizdәn gәldiyincә müsbәt vә mülayim olmağa çalışın.
Hәssaslığı tәşviq edin. Araşdırmalara görә, özünә qarşı hәssaslıq çox mühüm bir hәyat bacarığıdır vә insanlarınçәtinliklәrә qarşı sinә gәrmәsinә yardım edir. Düşüncәlәrin idarәsi vә duyğuların sәrbәst buraxılması ilәformalaşır. Valideynlәr uşaq böyüdәrkәn qarşılaşdıqları çәtinliklәrә hәssas yanaşmalı vә uşaqlara nümunә
olmalıdır.
Bir az sәrbәstlik. Uşaqların evdәn uçub getmәk vaxtı gәldiyindә onları sәrbәst buraxmaq әn yaxşısıdır.
Uşaqların hәr hәrәkәtini gözlәyәn, hәr qәrarına müdaxilә edәn ailәlәr, uşaqların narahat, özünә güvәnmәyәn vәyeni tәcrübәlәr qarşısında qorxaq olmasını tәmin edir.
Evliliyinizә әmәk sәrf edin. Uşaq olanda qәtiyyәn әrinizlә münasibәtinizi ikinci plana atmayın. Bu cür evliliklәr uşaqlarda yuxu pozuntusuna sәbәb ola bilәr. Problemli evliliklәrdә hәmişә bir gәrginlik olur vә bu, uşaqlara çox
tәsir edir.
Ruh sağlığına diqqәt ayırın. Depressiyada olduğunuzdan şübhә edirsinizsә, hәm özünüzün, hәm dә uşağınsağlığı üçün vaxt itirmәdәn müalicә alın. Depressiyalı analar uşağın üzәrindә mәnfitәsir yaradır. Yaxşı valideyn ollmağın ilk şәrti psixoloji olaraq sağlam olmaqdır.
Analar, oğlan övladlarınıza yaxşı davranın. Oğlanlardakı davranış pozuntularının qarşısını almaqda analarlaolan münasibәtlәri çox mühüm әhәmiyyәtә malikdir. Uşaqlar vәhşi dünyaya addım atmadan әvvәl ana, ya atanı güvәnli bir liman olaraq bilir. Oğlanların anaları ilә olan münasibәtlәri gәlәcәkdә sevgi münasibәtlәrindә dә tәsirli olur. Әgәr uşaq ata, ya anası ilә yaxşı münasibәt qura bilmәzsә,gәlәcәkdә әks cinsә qarşı güvәnsizlik
duya bilәr.
Bir az әdәbsizliyә göz yumun. Yeniyetmәlik dövründә uşaqların ailәlәrinә qarşı çıxmaları yanlışdır, ancaq buhalın sәbәbi evdәn kәnarda yaşadığı tәzyiqin inkar edilmәsi olaraq göstәrilir. Bir sözlә, uşağın evdә hakimiyyәtqurması bayırda dostlar arasında hakimiyyәt qurmaq cәhdidir.
Yeniyetmәlik dövründә uşaqların özlәrini test etmәyә ehtiyacı vardır, ancaq ailәnin dә dәstәyini almalıdır.
Mükәmmәlliyyәtçi olmayın. Kimsә mükәmmәl deyil, buna görә mükәmmәl valideyn olmağa çalışmayın.
Әksinә, mükәmmәl olmağa çalışdıqca daha çox stressli olar vә bir birinizә güvәniniz azalar. Tәzyiqlәrә qulaqqapayın vә bir az rahatlayın.
Uşağınızı tanıyın. Hәr kәs uşağını mükәmmәl böyütmәyin yolunu bildiyini düşünür. Ancaq bu, mümkün deyil,hәr uşaq öz ailәsini ifadә edir. Uşağın şәxsiyyәtinә görә davranmaq, problemlәrә uyğun çarәlәr tapmaq üçün uşağınızı yaxşı tanımalısınız.
loading...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər