Özəl:

Xəsis uşaq



Xəsis uşaq
Bu gün mən rəsmi olaraq öz uşağıma xəsis olmağa icazə verdim.
Qızım nəsə gecə yata bilmirdi: gah su istədi, gah da yemək. Mən məsələnin kökünü araşdırmağa başladım: görəsən uşaq niyə belə həyəcanlıdır? Belə məlum oldu ki, səbəb mən deyiləm. Xatırladım ki, bir ay əvvəl qızım nənəsi ilə qalanda, nənəsi ondan pozan istəyib, qızım isə öz pozanını ona verməyib. Bunun əvəzində nənəsi onun "xəsisliyini” müalicə etmək üçün qızıma bu xəsisliyin bumeranq kimi ona qayıdacağını deyib.
Adətən bu saatda yuxuya gedən o uşaq dizlərimin üstündə oturub, banan yeyir və bu müəmmalı bumeranqın ona toxunmasını istəmir. Bumeranqın yerimədiyini və insan şəklində olmadığını və heç də hər kəsin bu qanuna inanmadığını ona izah etdim.
Qızım mənə onu bu qədər qorxudan və həyəcanlandıran bumeranq qanunu haqqında danışanda, mən o dəqiqə hiss etdim ki, bu dəqiqə ona paylaşmağın yaxşı bir şey olduğunu izah etmək, onu sındırmaq deməkdir. Çünki, görürdüm ki, baş verənlər onu çox incidir, onun beyni bunu anlayacaq qədər inkişaf etməyib və həmin an ona xəsisliyin heç də yaxşı xüsusiyyət olmadığını demək, onun narahatçılığını daha da artırardı. Çünki, o bunu mənim də onu qəbullanmadığım kimi anlaya bilərdi. Uşaq üçün həyatında bu qədər vacib bir insan tərəfindən qəbul edilməmək qədər qorxunc nə var?
Ona görə mən təntənəli şəkildə özümü xəsis elan elədim (demək olar ki, heç vaxt və heç kimə öz smartfonumu vermirəm), qızımı xəsis adlandırdım və ona dedim ki, ona xəsis olmağa icazə verirəm. O məni elə təsirli şəkildə və minnətdarlıqla qucaqladı ki, mən də bu fürsətdən istifadə edib o balaca pişiyi tumarladım.
Mənə balaca vaxtı ürəyim istəyən kimi xəsislik etməyə icazə verməyiblər, indi də ara-sıra görürəm ki, xəsislik etmək istəyirəm. Axı bir əşyanı paylaşmazdan əvvəl, onun sənə məxsus olduğunu hiss etmək çox mühüm bir inkişaf mərhələsidir. Mənim qızım Aliska kimi həssas uşaqlar üçün isə vəziyyət daha da mürəkkəbdir və onlara vaxt vermək lazımdır, çünki coşğun fantaziya və iti dərrakə asanlıqla uşaqlarda həyəcan oyadır.
Qızıma xəsislik etməyə icazə verdim. Lakin, qarşıda bir uçurum dururdu…nəticə necə olacaq? Bəs birdən…o büdrəsə necə? Axı onun hələ 6 yaşı var…qarşıda naməlumluq durur…bu naməlumluq məni qorxudurdu. O elə həmişə öz oyuncaqlarını istəksiz paylaşırdı. Bir sözlə, təcrübəyə başladım, qərar verdim ki, onun hərəkətlərini izləyim.
Ona xəsis olma icazəsi verməyimin bəhrəsini dərhal gördüm və hər dəfə təəccüblənməyə davam edirəm! Ona xəsislik etməyə icazə verdiyim gün o bunu sevinc və yüngüllüklə qarşıladı, növbəti gün isə bu yaxınlarda ona hədiyyə edilmiş və onun çox sevdiyi bir maşını və şokoladlı yumurtadan çıxmış yeni oyuncağı öz xalası oğlu ilə paylaşdı. Halbuki, adətən o yeni oyuncaqlarının həzzini təklikdə çıxarmağı sevirdi. Bir sözlə, biz düzgün yoldayıq!
loading...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər