Özəl:

Uşaqlara niyə sərhəd qoyulmalıdır?



Uşaqlara niyə sərhəd qoyulmalıdır?
Sərhədlər uşaqların özlərini etibarda hiss edərək böyümələri üçün çox əhəmiyyətlidir. Ana və ataların, uşaqların özlərini etibarda hiss edə biləcəkləri sahəni təyin etmələri və ana-ataların uşaqların inkişaflarını etibarlı hərəkət sahəsi içində tamamlamasına rəhbər olmaları "sərhəd qoymaq" olaraq təyin olunur.

Uşaqlara sərhəd qoymaq niyə çox vacibdir?

Uşaqlar, heç tanımadığı bir dünyanı mənalandırma mərhələsində ana və atalarının rəhbərliyinə ehtiyac hiss edərlər. Bu kəşf dövründə təhlükəli addımlar da atacaqlarından ana və atalarının onlara rəhbər olması çox əhəmiyyətlidir. Məsələn: uşaq davamlı yerə düşdüyü üçün getmə zamanı gəlmədiyini düşünən ana uşağını qucağına ala bilər. Ananın qucağına alması bir sərhəd deyil, inkişaf müddətinə maneə törədici bir tutumdur. Ananın uşağı düşdüyündə zərər görməyəcəyi bir sahə yaratması, etibarlı bir sərhəd qoyma tutumudur. Uşaqlar öz sağlam inkişaflarını təmin etmək üçün yetkin fərdlər tərəfindən qoyulacaq sərhədlərə ehtiyac hiss edərlər.

Sərhəd qoyarkən nələrə diqqət edilməli?
Siz davamlı fikirləri dəyişən birinə güvənə bilərsinizmi? Məsələn: uşağınız eyni anda beş şokolad yemək istəsə nə edərsiniz? Ana-ata "Xeyr yeyə bilməzsən!" desə, uşaq onu yemək üçün dirəşəcək. Bir sonrakı mərhələdə ağlamaya başlaya bilər. Burada ana və atanın bir seçim etməsi lazımdır. Çox ağlayır deyə şokoladların hamısını uşağa versəniz, bu mesajı verərsiniz: "Sağlamlığını düşünərək qoyduğum sərhədlərimi dirəşərək və inadlaşaraq beş şokolada, ağlayaraq altıya, özünü yerlərə ataraq yeddiyə və hətta sinir böhranı keçirərək səkkizə çıxara bilərsən. Çünki mənim sərhədlərim keçiricidir." Bu dövrdəki tutumlarınızın uşağınızın bütün həyatını təsir edə biləcəyini unutmamalısınız. Uşaqlar bir müddət sonra evdə ana-atasını idarə edə bilər amma çöldə idarə edə bilməyəcəkləri bir dünyayla qarşılaşarlar. İstəklərini, inadlaşmalarını, ağlamalarını, böhranlarını istədiyi olmadığı zaman eyni şəkildə davam etdirər.

Sərhəd qoyulduğunda uşaqlar nə hiss edər?
Uşaqlar özünü etibarda hiss edər. Özünü isbat edə biləcəyi etibarlı bir mühitə sahib olan uşaqlar özünə inamı yüksək, gələcəkdə öz qərarlarını asahə və etdikləri davranışların məsuliyyətini ala bilən uşaqlar halına gəlir.

Sərhəd qoyan ana-atalar nə hiss edər?
Xüsusilə işləyən ana-atalar üçün sərhəd qoymaq uşağı "bədbəxt etmək" mənasını daşıya bilir. Birlikdə keçirdikləri məhdud zamanda uşaqlarının hər istədiyini yerinə yetirərək sərhəd qoymaqdan qaçınırlar. Halbuki səhv davranış qarşısında sərhəd qoymaq, hadisənin məntiqi nəticələrini izah etmək uşağın özünü etibarda hiss etməsini təmin edər.

Uşağa necə sərhəd qoyular?

Sərhədlər, uşaqların yaşlarına və xarakterinə  uyğunlaşma göstərəcək şəkildə olmalı.
İnkişaf müddətinə maneə törədici bir tutum sərgilənməməli.
"Xeyr! Etmə! Dayan!" şəklində reaksiya vermək yerinə, ona cavab verməyi seçin və bu sərhədi niyə qoymağa ehtiyacı hiss etdiyinizi açıqlayın.
"Xeyr!" sözünü həqiqətən lazımlı olduğu nöqtədə istifadə edin.
Sərhədləri təyin edərkən aydın olar və dəqiq olun.
Naməlumluq uşağınızın zehininin qarışmasına səbəb olar. Uşağınız üçün aydın olmayan sərhəd, "sərhədsizlik" mənasını verər.
Uşağınızın boyuna əyilərək və göz təması quraraq sərhədləri ona izah edin.
Dostlar və ailə fərdləri arasında ortaq bir dillə sərhədlər təyin olunmalı, qaydalar başqa kəslər tərəfindən dəyişdirilməməli.
Mübahisə və ya böhran anlarında sərhədlər yaradılmamalı. Hər kəsin sakit/sakin olduğu və bir-birini dinlədiyi anda edilməlidir.
Söyləmək istədiyiniz şeyi qısa cümlələrlə ifadə edin. Uzun-uzun izah etməyə işiniz uşağınız üçün bir şey ifadə etməyəcək.
loading...
Offline
  • Şərh №: 1
  • 14 fevral 2015 10:07
  • Xəbər sayı: 20
  • Şərh sayı: 718
Ana olanlara lazım

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər