Özəl:

Uşaqların təmizliyə alışdırılması



Uşaqların təmizliyə alışdırılması
Bütün valideynlәrә mәlumdur ki, tәmizlik vә sәliqә vәrdiş mәsәlәsidir. Uşaqlar erkәn yaşlarındanetibarәn müәyyәn mәsuliyyәtlәrә ­ әşyalarının sәliqәsi, şәxsi gigiyena vә s. alışdırılmalıdırlar. Әslindә uşaqlar özlәri dә müәyyәn işlәri görmәkdә böyük maraq göstәrirlәr. Lakin әksәr valideynlәr vaxt mәhdudluğundәn vә ya sadәcә sәbrsizlik üzündәn uşaqlara müxtәlif işlәri görmәkdә mane olur, bәzәn isә ümumiyyәtlә imkan yaratmır vә hәtta qadağalar da qoyurlar

Psixoloqlar qeyd edirlәr ki, insana bir hәrәkәti vәrdiş halına salmaq üçün onu 21 dәfә tәkrar etmәk kifayәtdir. Bundan sonra bәdәn vә ya beyin bu әmәllәri vәrdiş şәklindә etmәyә başlayacaqdır. Әgәr valideynlәr 1 ay daha sәbrli vә davamlı olub uşaqları müәyyәn tәmizlik vә sәliqәyә alışdırarlarsa bu artıq onların gündәlik vәrdişlәrinә keçәcәkdir.
Tәmizlik vә sәliqә vәrdişlәri tәrbiyә olunarkәn valideynlәr bir sıra sәhvlәrә yol verirlәr ki, bu da prosesi çәtinlәşdirir bәzәn isә tamamilә mümkünsüz edir. Әgәr valideynlәr "Raising Good Kids in Tough Time” kitabının müәllifi, Maryland Universitetinin professoru, psixoloq Roger W. McIntire­in valideynlәrә mәslәhәt bildiyi aşağıdakı metodları tәtbiq edәrlәrsә, uğur qazanmaq şansı da artar:

­ Mükәmmәlliyi kәnara qoyun.
Heç bir şey mükәmmәl olmadığı kimi uşaqların gördüklәri işin mükәmmәlliyini dә gözlәmәyin. Daha çox uşaqların hәvәs vә iş görmәklәrinә köklәnsәniz bu zaman tәrbiyә prosesi daha rahat abu­havada keçәcәkdir. Әks halda mükәmmәllik tәrәfdarı olan valideyn prosesә özü müdaxilә edәcәk vә bütün işlәri özü görmәli olacaqdır.

­ Gecikmәyin.

Әksәr valideynlәr düşünür ki, uşağı hәlә tәmizlik vә sәliqә üçün çox kiçikdir. Lakin uşaqlar valideynin fikirlәşdiyindәn dәfәlәrlә qabiliyyәtli vә hәvәsli ola bilәrlәr. Hәtta erkәn yaşlarda uşaqlar bir çox işlәri özlәri görә bilәrlәr. Valideynlәr uşaqların yaş etibarilә etmәyә hazır olduqlarından sonra öyrәtmәk istәyirlәr lakin, әslindә uşaqlar edә­edә öyrәnirlәr. Bu prosesdә "yır­yığış” avadanlıq vә lәvazimatların oyuncaqları da yardımçı ola bilәr.

2­-3 yaşlının edә bilәcәyi işlәr:
oyuncaqları toplamaq, çirkli paltarları paltar sәbәtinә qoymaq, toz almaq vә s.

4­-5 yaşlının edә bilәcәyi işlәr:

yuxarıdakı işlәr üstәlik yatağı sәliqәyә salmaq, zibili atmaq, süfrәni yığışdırmaq, әltozsoranını işlәtmәk, ev bitkilәrini sulamaq, qabyuyan maşınını doldurubboşaltmaq,
plastik qabları әldә yumaq.

6­-7 yaşlının edә bilәcәyi işlәr:

yuxarıdakı işlәr üstәlik, çirkli paltarları rәnginә görә seçmәk, döşәmәni süpürmәk, süfrә açıb vә yığmaq.

8­-9 yaşlının edә bilәcәyi işlәr:

yuxarıdakı işlәr üstәlik qabyuyan maşını doldurmaq, bazarlığı boşaltmaq, tozsoranlamaq, yemәk bişirmәyә yardımçı olmaq, düymә tikmәk, öz çirkli paltarlarını tәmizlәrdәn ayırmaq, tәrәvәzlәri soymaq, döşәmәni silmәk vә s.

10 vә daha böyük yaşlının edә bilәcәyi işlәr:

yuxarıdakı işlәr üstәlik yuyulmuş paltarları sәrmәk vә yığıb qatlamaq, sadә biçimli paltarları ütülәmәk, avtomobili yumaq, yataq dәstini dәyişmәk, özündәn kiçik uşağa qısa müddәt dayәlik etmәk vә s.

­ Tәrifә simiclik etmәyin.
Uşağın verilәn işi tamamilә görüb bitirmәsinin gözlәmәyin, proses әsnasında kiçik detallara diqqәt edib onları tәriflәyin, hәr görülәn kiçik işi belә nәzәrinizdәn qaçırmayın. Uşağın görüdüyü işin keyfiyyәtlәrini vә iş әsnasında çәkilәn zәhmәti sadalayaraq müsbәtlәri vurğulayın. Hәr görülәn işin uğurunu ilk vaxtlarda müәyyәn kiçik hәdiyyәlәrlә vә ya sevilәn mәşğuliyyәtә icazә vermәklә dә mükafatlandırmaq olar.

­ Davamlı olun.

İstәnilәn işin davamlı olaraq hәr gün edilmәsi müvәffәqiyyәtin әsasıdır. Az vә ya kiçik işlәr olsa belә davamlı etmәyә çalışın. Әgәr uşaqların sәliqәyә alışdırılmasında fasilәlәr olarsa, bu onlarda vәrdişin yaranmasının qarşısını alacaqdır. Onlar daima sizdәn onları yönәltmәyi vә ya sizin "әmr” vermәyinizi gözlәyәcәklәr.

­ Tәlimatları konkretlәşdirin.

"Get otağını yığışdır!” tәlimatı uşaqlarda çox abstrakt tәsәvvür yaradır. Otağın harasını vә necә yığışdırmağı bilmәyәn uşaq, işin hansı ucundan yapışacağını tәsәvvür etmir vә bu iş ona mümkün olmayan bir proses kimi görünür. Ümumiyyәtlә, uşaqlara iş gördürәrkәn ilk vaxtlarda mütlәq yanlarında olub, addım­addım tәlimatlar verәrәk, işin necә edilәcәyini göstәrmәyә çalışın. Uşaqlar daha bacarıqlı olduqda isә sizin sadәcә olaraq otaqda
onlara nәzәrәt etmәyiniz kifayәt olacaqdır. Uşaqlar mükәmmәllәşdikcә vә böyüdükcә isә artıq "Get otağını yığışdır!” tәlimatını verә bilәrsiniz
loading...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər