Özəl:

Uşaqların bişməcə olmaması üçün nə edək?



Uşaqların bişməcə olmaması üçün nə edək?
Bişməcə - tər ifrazının artması və dəri səthindən buxarlamasının zəifləməsi nəticəsində yaranan dəri qıcıqlanmasıdır. Bişməcələr yaşından asılı olmayaraq hər kəsdə yarana bilir, lakin daha çox körpələrdə və yaşlı insanlarda rast gəlinir. Bişməcə özünü dərinin bağlı hissələrində yaranan xırda, qruplaşmış, içi şəffaf maye ilə dolu qovuqcuqların yaranması ilə büruzə verir. Uşaqlarda sağrı və kürək nahiyəsində, boyunda, qoltuq və sağrıarası büküşlərdə lokalizasiya olunur

Pediatr Səbinə Nurəliyeva fikirlərini bölüşərkən deyib ki, yay aylarında valideynlər azyaşlı uşaqları ilə bağlı kifayət qədər diqqətli olmalıdır: "Uşaqlar nə qədər çox tərləyərsə, onun pişməcə olması ehtimalı bir o qədər çox olar. Eyni zamanda uşaqları isti havalarda çox bükmək qəti olaraq məsləhət görülmür. Buna bələməyi misal çəkmək olar. Uşaqları bələkdə tutmaq belə bişməcələrə səbəb ola bilər. Eyni zamanda uşaq bezlərindən də istifadə zamanı diqqətli olmaq lazımdır. Uşaqlar uzun müddət uşaq bezində qaldıqda da pişməcə ola bilər. Bu baxımdan yay aylarında uşaq bezlərini mümkün qədər tez-tez dəyişmək lazımdır. Onu da nəzərə almaq lazımdır ki, uşaqların dəriləri həssaslığa görə çox müxtəlif olur. Bəzən bir uşağın dərisi çox qısa müddət ərzində bişməcə ola bilir. Bu baxımdan valideynlər bu kimi amilləri nəzərə almalıdırlar. Uşaqları tez-tez su ilə yuyundurmaq lazımdır. Eyni zamanda müxtəlif bitki məhlulları ilə yumaq da uşaqlar üçün xeyirli ola bilər.
Әgər uşaq artıq bişməcə olubsa, mütləq həkimə müraciət edilsin. Valideynlər arasında istifadə edilən uşaq pudrasından istifadə edilməsi isə tövsiyə edilmir".

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər