Özəl:

Yeni doğulan körpəni necə çimizdirməli?



Yeni doğulan körpəni necə çimizdirməli?
Gənc anaların ən çətinlik çəkdiyi məsələ yeni doğulmuş körpələrini çimizdirməkdir. Sun.az yeni doğulmuş körpələrin çimizdirilməsi zamanı diqqət edilməli olan məsələləri təqdim edir.

Uşağın ilk dəfə çimizdirilməsi üçün onun göbək bağının qırılıb düşməsini gözləyin.

Yeni doğulmuş körpənin dərisi vermiks adlı ağ rəngli qoruyucu sürüşkən maddəylə örtülüdür və bunun uşaq doğulan kimi təmizlənməsi vacib deyil. Körpəni çimizdirmək üçün göbək bağının düşməsini gözləmək lazımdır. Bu müddət ərzində körpənin bədəni və üzü silinərək təmizlənir, geyimləri tez-tez dəyişdirilir.

Körpənin göbək bağı düşdükdən sonra imkan varsa, hər gün, ya da bir gündən bir çimizdirilə bilər. Körpənizi yedizdirmədən öncə, ya da yedizdirdikdən 1 saat sonra çimizdirməniz münasibdir. İlk 1-2 həftə çimizdirmək üçün lazım olan su öncədən qaynadılmış və isidilmiş olmalıdır. Yanınızda köməkçi olması yaxşıdır.

Uşağı çimizdirərkən qarın, sinə hissəsindən tutun. Arxası üstə çimizdirirsinizsə, başına əlinizlə dəstək verin. Körpələr üçün hazırlanmış xüsusi vasitələrdən istifadə edin. Çimdikdən sonra yaxşı durulayın və qurulayın. Su istiliyi 36-37 dərəcə olarsa, otağın istiliyi 24-26 dərəcə olmalıdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər