Özəl:

Mayalanma necə baş verir?



Mayalanma necə baş verir?
Kişi və qadın cinsi hüceyrələrinin (spermatozoid və yumurta hüceyrəsi) birləşməsi nəticəsində yeni orqanizmin yaranması prosesi başlayır.
Yumurta hüceyrəsinin özü hərəkət etmək qabiliyyətinə malik deyil. Ovulyasiyadan sonra Fallopi borusunun saçaq şəkilli çıxıntıları öz hərəkətləri ilə onu borunun içinə doğru hərəkət etdirir.
Spermatozoidlər isə əksinə olaraq, öz quyruqları hesabına tam sərbəst şəkildə hərəkət etmək qabiliyyətinə malikdirlər. Eyakulyasiyadan (spermanın xaric olması) sonra spermatozoidlər uşaqlığın və uşaqlıq borularının yığılması nəticəsində tez bir zamanda cinsi yollarla qalxmağa başlayırlar. Quyruğunun köməkliyi ilə hərəkət etmək qabiliyyətindən isə spermatozoidlər yolun son hissəsində, uşaqlıq borusunda və mayalanma prosesində istifadə edirlər.
Yumurta hüceyrəsinə qədər ancaq bir neçə yüz ən güclü və sağlam spermatozoid çatır. "Zəif” (quruluşunda çatışmazlığı olanlar, xromosom mutasiyalarına məruz qalanlar və s.) spermatozoidlər qadın cinsi yollarında məhv olurlar.
Cinsi hüceyrələrin birləşməsi (mayalanma) uşaqlıq borularının yalnız müəyyən olunmuş ampula hissəsində baş verir. Optimal şəraitdə spermatozoidlər bu hissəyə eyakulyasiyadan sonra 1,5-2 saat sonra gəlib çata bilirlər. Əgər burada onları "gözləyən” yumurta hüceyrəsi (o, ovulyasiyadan sonra yalnız 24 saat müddətində yaşayır) olarsa mayalanma prosesi baş verir. Əgər "görüş yerində” yumurta hüceyrəsi olmazsa, mayalanma qabiliyyətini tam şəkildə saxlamaqla, spermatozoidlər 3 gün ərzində burada onu "gözləyə” bilərlər.
Mayalanma zamanı qadın cinsi hüceyrəsi, həmçinin spermatozoidləri "özunə cəlb edən” və öz yerini tapmaqda onlara köməklik edən xüsusi maddə ifraz edir. Bir yumurta hüceyrəsini eyni zamanda xeyli sayda spermatozoidlər "tapır”. Ancaq onun daxilinə keçmək o qədər də asan olmur. Belə ki, yumurta hüceyrəsinin ətrafında şüalı çələng adlanan hüceyrələrdən ibarət özünəməxsus maneə qişası olur. Çoxlu sayda olan spermatozoidlər yumurta hüceyrəsinin qişasına birləşərək öz quyruqlarının hərəkətləri ilə onu fırlatmağa başlayırlar. Bu yolla yumurta hüceyrəsinin qişasını yumşaltdıqdan sonra spermatozoidlər özlərinin baş hissələrindən ifraz etdikləri xüsusi fermentlərin köməkliyi ilə onun qişasını əridirlər. Bir (nadir hallarda iki-üç) spermatozoid yumurta hüceyrəsinin içərisinə daxil olduqdan sonra yumurta hüceyrəsinin qişası digərləri üçün keçilməz olur. Spermatozoid və yumurta hüceyrəsinin nüvələri birləşdikdən sonra ata və ana xromosomları vahid bir xromosom dəsti yaradırlar.
Beləliklə, cüt xromosom dəstinə malik (50% ana və 50% ata) birhüceyrəli rüşeym olan ziqota əmələ gəlir. Mayalanmış yumurta hüceyrəsi 4 gün ərzində uşaqlıq borusu ilə hərəkət edərək usaqlıq boşluğuna çatdıqdan sonra burada daha 3 gün ərzində sərbəst qalır. Mayalanmadan 7 gün sonra onun endometriuma daxil olması (impantasiya) baş verir: 0,5 mm ölçüsündə olan rüşeym uşaqlıq divarına bitişərək 2 gündən də az bir müddət ərzində tamamilə onun daxilinə keçir.
Mayalanma baş vermədikdə isə yumurta hüceyrəsi uşaqlıq boşluğuna daxil olaraq burada məhv olur.

loading...
Offline
  • Şərh №: 1
  • 13 iyun 2018 00:09
  • Xəbər sayı: 0
  • Şərh sayı: 1526
Shipped Ups Worldwide Stendra Discount From Canada buy cialis Buy Vardenafil 10mg Buy Clomiphene Citrate Generic Levitra Online Pharmacy

--------------------

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər