Özəl:

Hamiləykən təkrar hamilə qalınarmı?



Hamiləykən təkrar hamilə qalınarmı?
2009-cu ildə Time jurnalında nəşr olunan xəbərə görə Julia Grovenburg adlı Amerikalı bir qadın, 2 həftə arayla iki dəfə hamilə qalmışdır. 31 yaşındakı qadının qızı 24 dekabrda, oğlu isə qızından 17 gün sonra 10 yanvar 2010-da dünyaya gəlmişdir. 

Mütəxəssislərə görə hamiləykən təkrar hamilə qalmanın (Superfetasyon) səbəbi qadının yumurtlamağa davam etməsi olaraq göstərilir. 

Normalda hamiləlik üzərinə, yəni o hamiləlik sonlanmadan yeni bir hamiləlik meydana gəlməz. Səbəbi isə qadınların hər ay bir yumurta inkişafına uyğun anatomiyada olmalarıdır. Hamiləlik meydana gəldikdən sonra yumurtalıqlar aktivasiyasını dayandırır ki, bu səbəblə hamiləlik meydana gəlməsi doğum sonrasına qədər mümkün deyil. 

Ancaq ədəbiyyatda çox nadir olaraq bu cür hamiləliklər bildirilməkdədir. Bu vəziyyət tibbdə iki şəkildə açıqlanır. Birincisi çox nadir olaraq eyni ay iki yumurtanın inkişafı və bir dənəsinin daha sonra döllənməsi (süperfekundasyon), ikincisi isə qadın hamilə qaldıqdan sonrakı aylarda başqa bir yumurta ilə döllənmə olmasıdır. (süperfetasyon). 

Yəni tibb, normal şərtlərdə bunun qeyri-mümkün olduğunu söyləyərkən milyonda bir ehtimalla reallaşmış hamiləlik üstü hamiləliklər də vardır. Ancaq bu hadisələrin bizdə təsadüf olunmadığını qeyd etməliyik. 
Ayrıca bəzən hamiləliklər eyni anda iç və xarici hamiləlik olaraq inkişaf edib yanıldıcı ola bilər. 
Qorunmağa başlamaq üçün hamiləlik sonrasını gözləmək və ya da hamiləlikdə cinsi əlaqəyə girərkən gigiyena məqsədiylə prezervativ istifadə etmək olar.
loading...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər