Özəl:

Hamiləlikdən öncəki pəhriz



Hamiləlikdən öncəki pəhriz
Hamilə qalmaq şanslarınızı necə artırmaq olar
Hamiləliyinizə yaxşı başlamaq üçün, sağlam pəhriz saxlamaq vacibdir. Sağlam hamiləlikdən öncəki pəhriz yalnız hamilə qalmaq şanslarınızı artırmır, həmçinin, bədəninizin hamiləliyə hazırlığı üçün əsasdır. Bununla da siz və körpənizin daha problemsiz hamiləlik və doğum keçirmə ehtimalı artır və körpənizin normadan aşağı və ya yuxarı çəkidə doğulması şansı azalır və daha sonrakı həyatında xroniki xəstəlik təhlükəsi aşağı olur. Yadınızda saxlayın ki, yaxşı qidalanma, həmçinin, gələcək atalar üçün də vacibdir. Spermanın keyfiyyəti yaxşı qidalanma ilə artır.

Hamilə olmaq istəyərkən nə yeməli
Ümumilikdə sağlam pəhriz önəmlidir, lakin sizə hamilə qalmağa kömək edən qidalarda müəyyən vitamin və mineralların miqdarı daha çox olur. Bunlara dəmir, əsas yağlı turşular, kalsium, vitamin D və hər şeydən önəmli fol turşusu daxildir. Aşağıda əhəmiyyətli qidalandırıcıların zəngin olduğu mənbələr verilmişdir.

Dəmir - Ən yaxşı mənbəyi heyvan məhsullarındadır, xüsusən yağsız qırmızı ət, yağlı balıq, molyusk (molyusk, istridiyə), toyuq və yumurtalar. Digərlərinə tün daşıl yarpaqlı tərəvəzlər (kələm, isanaq, İsveçrə manqoldu), noxud, lobya, mərci və qurudulmuş meyvələr daxildir. Bununla yanaşı, Vitamin C bol olan meyvələri yeyin ki, dəmir absorbsiyasına kömək etsin.

Əsas yağ turşuları - bu yağ turşuları körpənizin sinir sisteminin inkişafı üçün vacibdir. Əsas yağlı turşuların faydalı mənbəyi balıqlardır, xüsusən də, yağlı balıqlar. Həftədə iki porsiya balıq yemək (biri yağlı balıq olmaq şərtilə) kifayətdir.

Vitamin C - Qırmızı şirin bibər, çiyələk, kivi, portağal, qreypfrut, limon, brokkoli, ispanaq, İsveç manqoldu, papaya, pomidor və cəfərinin tərkibində olur.

Kalsium - Kalsium mənbələri süd məhsulları (süd, pendir, qatıq), tünd yaşıl yarpaqlı tərəvəzlər (kələm, ispanaq, İsveç manqoldu), sardana, istridiyə, brokkoli, badam və Brüssel kələmidir.
Kalsium zəngin olan yeməkləri dəmir zəngin olan yeməklərdən ayrı yeməyə çalışın, çünki kalsium və dəmir bir-birinin absorbsiyasına mane olur.

Vitamin D - Kalsium absorbsiyası üçün vacibdir. Yağlı balıqlarda (sardana, siyənək, makrel, qızıl balıq), yumurta və zənginləşdirilmiş qidalarda (çörək, taxil məhsulları) tapılır.

Fol turşusu - Tünd yaşıl yarpaqlı tərəvəzlər, brokkoli, qulançar, çuğundur, gül kələmi, lobya, mərci, Brüssel kələmi, avokado və köklu tərəvəzlərdə rast gəlinir. Bu vitaminin inkişaf edən körpəniz üçün əhəmiyyətini "fol turşusu və hamilə qalmaq” haqqında məqaləmizdə oxuyun.

Hamilə qalmaq istəyərkən qəbulu məsləhət olmayan qidalar
Piylənmə, aşağı çəki, siqaret çəkmə və həddindən artıq spirtli içki qəbul etmə hamilə qalmaq şanslarınızı azaldır. Əgər tezliklə hamilə qalmağı planlaşdırırsınızsa, siqareti tərgidin,sağlam qidalar qəbul edin və hamilə qalmağı planlaşdırmazdan əvvəl müntəzəm olaraq idmanla məşğul olun. Əgər hamilə qalmaq istəyirsinizsə, spirtli içki içməyi dayandırın və ya həftədə bir və ya iki dəfə içməklə kifayətlənin.
loading...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər