Özəl:

Mayalanma dövrü nə etməli



Mayalanma dövrü nə etməli
Mayalanma çox vaxt menstruasiyanın ilk günündən iki həftə sonra–ikinci həftənin sonu, üçüncü həftənin əvvəli baş verir.
Yoldaşınıza da deyin ki, bu müddətdə ehtiyatlı olsun. Spirtli içki, hətta pivə içməməli, isti vanna qəbul etməməlidir. Heç bir halda mübahisə etməyin. Çünki spermatazoidlər incə və dəymə-düşər varlıqlardır (1 eakulyatda 20 milyon olması heç təsadüfi deyil!). Onlar öz aktivlik qabiliyyətlərini ən yüngül stresdən itirə bilərlər. Alkoqol isə onlara birbaşa, öldürücü təsir göstərir. Alkoqol qəbulundan 3 gün keçməsinə, şəxsin tam ayıq vəziyyətə qayıtmasına baxmayaraq, spermatazoid özünü hələ də sərxoş kimi aparır. Onların hərəkət və mayalanma qabiliyyəti 15 dəfə zəifləyir.
Cinsi aktdan əvvəl, ya sonra uşaqlıq yolunun hər-hansı bir üsulla yuyulması arzuolunmazdır, bu uşaqlıq yolunun turşuluğuna təsir göstərə bilər. Nəzərə alsaq ki, spermatazoidlər xarici mühitin kimyəvi təsirinə çox həssasdır, hətta dəyişilmiş uşaqlıq boynu mayesi ona öldürücü təsir göstərir.
Hamilə olmaq istəyirsinizsə, cinsi aktdan sonra yarım saat arxası üstə uzanın, bel nahiyəsinə yastıq qoysanız yaxşı olar.
Gələcək övladın sağlamlığına görə hər iki valideyn məsuliyyət daşıyır.
ata balasini qoxulayandaKeçmişdə övladın olmamasının səbəbini birbaşa qadında axtarırdılar. Kişinin sağlamlığına heç kimin şübhəsi olmurdu. Yalnız keçən əsrdə tibb sübut etdi ki, kişilər də sonsuz ola bilər. Məlum oldu ki, uşaq olmayan ailələrin 45%-də sonsuz olan qadındırsa, 40%-də sonsuz kişidir, 15%-də isə hər iki tərəfin problemi var. 21 qadın, 19 kişi faktorunun sonsuzluğa səbəb olduğunu müəyyən ediblər.
Bəzən cütlük problemin kimdə olduğunu təsəvvür etmir. Həkimə müraciət etmək vacibdir. Həkimlərin məqsədi "günahkarı” müəyyən etmək deyil, problemi aradan qaldırmaq, cütlüyə valideyn olmaq xoşbəxtliyini bəxş etməkdir
loading...
Offline
  • Şərh №: 1
  • 23 mart 2015 16:12
  • Xəbər sayı: 0
  • Şərh sayı: 44
meslehetler ucun minetdaram

--------------------

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər