Özəl:

Hamiləlik testləri



Hamiləlik testləri
Menstruasiyanın bir gün və daha artıq gecikməsi zamanı hamiləliyin erkən diaqnostikası üçün olan testlərindən istifadə etmək olar.
Belə testlərin əsasında sidikdə spesifik hormonun (xorionik honadotropinin) aşkar olunması ilə bağlı olan kimyəvi reaksiya durur. XH-hormonu "hamiləlik hormonu" adlandırırlar. Hamilə olmayan qadınlarda bu hormon qanda, demək olar, aşkar olunmur. Hamiləlik baş tutduğu andan isə bu hormonun səviyyəsi böyük sürətlə qalxmağa başlayır (hamiləliyin 1-ci 3-aylığında hər 2-3 gündən bir  2 dəfə artır) və tez bir zamanda yüksək rəqəmlərə çatır.
Bu hormon və onun parçalanma məhsulları sidik ilə xaric olurlar. Müayinə üçün səhər ifraz olunan ilkin sidiyi götürmək lazımdır: gecə yuxusundan sonra XH hormonu və onun parçalanma məhsullarının sidikdə olan konsentrasiyası artmış olur.
Testin növündən asılı olaraq onun üzərinə ya bir neçə damcı sidik əlavə olunur (bax şəkilə), ya test-zolaq sidik olan qaba salınır, ya da test özü sidik şırnağının altına salınır. Cavab 5 dəqiqədən sonra hazır olur. 10 dəqiqədən artıq vaxt cavab gözləməyin. Vaxt keçdikcə, hava və s. xarici təsirlər nəticəsində test yanlış nəticə göstərə bilər. Əgər testin üzərində 1 zolaq görünərsə - demək, hamiləlik yoxdur, iki zolaq olarsa – demək, hamiləlik vardır, testin üzərində heç bir zolaq yoxdursa – demək, test-zolaq keyfiyyətsizdir, yenisini almaq lazımdır.
Testin cavabı mənfi olarsa, menstruasiya isə olmazsa, testi bir neçə gündən sonra mütləq təkrar etmək lazımdır. Gecikmə davam etdiyi halda test təkrarən mənfi nəticə verərsə, mütləq həkimə müraciət edin ki, bu, hormonal pozulmanın və ya hər hansı ginekoloji xəstəliyin əlaməti ola bilər.

loading...
Offline
  • Şərh №: 2
  • 24 yanvar 2015 21:49
  • Xəbər sayı: 211
  • Şərh sayı: 1240
men etmisem test nece edildiyini bilirem

men etmisem test nece edildiyini bilirem

men etmisem test nece edildiyini bilirem

men etmisem test nece edildiyini bilirem
Offline
  • Şərh №: 1
  • 24 yanvar 2015 20:33
  • Xəbər sayı: 23
  • Şərh sayı: 268
ALLAHIM HER KESE ANALIQ DUYQUSUNU NESB ELESIN AMIN

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər