Özəl:

Şəkər xəstələri də hamilə qala bilər



Şəkər xəstələri də hamilə qala bilər
Şəkər xəstəsi olan hər bir qadın ana ola bilər. Ancaq uşağın sağlam dünyaya gəlməsi və hamiləlik boyunca ciddi problemlər yaşanmaması üçün daim həkim nəzarətində olunması vacibdir.

Diabet (şəkər) bədəndə insulin adlanan hormunun yetərsiz ifrazı, ya da təsirsiz olduğu zaman ortaya çıxan endokrin xəstəlikdir. Ana namizədin şəkər xəstəsi olması təkcə hamiləlik zamanı deyil, doğuşdan sonra da uşaq üçün bəzi risklər törədə bilər

Hamiləlik zamanı qan şəkəri nə qədər yüksəkdirsə, körpənin iri olması ehtimalı da qədər yüksəkdir. Xüsusən hamiləliyin 20-30 həftələri arasında qan şəkərinin nəzarətdə saxlanması körpənin iri çəkili olması riskini azaldır. İri körpələrdə böyrək və beyindən başqa bütün orqanlar böyük olur. İri körpə doğuş zamanı travma yaşaya bilər. Bu  körpələr 1 yaşdan sonra həmyaşıdları ilə eyni çəkidə olsalar da, 5-8 yaşdan sonra onlarda köklük riski artır.

Qan şəkəri aşağı olan körpələrdə əllərdə titrəmə, narahatçılıq, göyərmə, bədən istiliyinin aşağı olması, tez-tez nəfəsalma, tənəffüs çətinliyi, tənəffüs kəsilməsi kimi problemlərin göründüyünü deyən mütəxəsisslər, çox aşağı qan şəkərinin ciddi beyin fəsadı törədə biləcəyini deyirlər.

Diabet xəstəsi olan anaların körpələrinin 19-50 faizində kalsium aşağı səviyyədə olur.  Eyni zamanda maqnezium azlığı da yaşanır. Nəticədə titrəmə baş verir. Şəkər olan anaların körpələrində sarılıq riski daha yüksəkdir.

Diabetik ananın yeni doğulmuş körpəsində ağciyərlər tam inkişaf etmədiyindən tənəffüs çətinliyi yaşana bilər. Tənəffüs sıxıntısı, inildəmə, tez-tez nəfəs alıb-vermə kimi problemlər körpənin ağciyərində "sulfaktan” adlı bir maddənin çatışmazlığı ilə əlaqələndirilir.

Bu anaların körpələrinin yüzdə 50-də ürək böyüklüyü, 5-17 faizində ürək çatışmazlığı, yüzdə 40-da isə ürək ritm pozğunluqları yaşana bilər.

Bütün bu təhlükələr diabetik qadının ana olma ehtimalının qarşısını almır. Sadəcə daim həkim nəzarətində olmaq lazımdır.
loading...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər