Özəl:

Hamilə qalmaq istəyənlər bunları yesin - SİYAHI



Hamilə qalmaq istəyənlər bunları yesin - SİYAHI
Hamilə qalmaq istəyir, ancaq bir az çətinlik çəkirsizsə, təqdim edəcəyimiz bu qidalar işinizi asanlaşdıracaq.
 
Hormonları nizamlayan banan döllənməyə kömək edir. B6 vitamini çatışmazlığında nizamsız menstruasiya, xəstə yumurta və sperma yaranmasına rast gəlinir. Banan bu hallarda kömək olur.
 
Araşdırmalar zamanı quşqonmazın yumurtlama problemlərinə müsbət təsir etdiyi müəyyənləşib. Hamilə qalmağa çalışan qadınlara fol turşusu məsləhət görülür. Quşqonmaz isə öz növbəsində fol turşusu ilə zəngindir.
 
Araşdırmalar B12 çatışmazlığı ilə anormal estrogen səviyyəsi arasında əlaqə olduğunu ortaya çıxarıb. Estrogen səviyyəsinin anormal olması döllənmiş yumurtanın bərkiməsini əngəlləyə bilər. Moluskalar bu baxımdan faydalıdır.
 
Sonsuzluq problemi yaşayan qadınların 93 faizində D vitamini çatışmazlığı yaşanır. D vitamini hamilə qalmaq istəyən qadınlar üçün vacibdir. Buna görə yumurta yeyilməlidir.
 
E vitamini çatışmazlığı həm kişi, həm də qadınlarda çoxalma hüceyrələrinə mənfi təsir edir. E vitamin sperma və yumurtadakı DNA-nı qoruyan antioksidantdır. E vitamin ehtiyacını qarşılamaq üçün badam yeyin.
 
Araşdırma zamanı sonsuzluq yaşayan kişilərə gündə 2 dəfə 1000 mg C vitamini verilmiş, sperma sayı və keyfiyyətində yüksəliş görülümüşdü. Hormonları nizamladığı üçün  C vitaminli qidalar, meyvələr yeyin.
 
Somon balığının tərkibindəki selenium maddəsi sperma və yumurtanı sərbəst radikallardan qoruyan antioksidanların hazırlanmasında xüsusi rol oynayır. Xromosom problemlərinin də qarşısını almağa kömək edir.
 
Noxudun tərkibindəki sink qadınlarda estrogen və progesteron səviyyəsini nizamlayır.
loading...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər