Özəl:

Hamiləliyə zəmanət verən 5 qayda



Hamiləliyə zəmanət verən 5 qayda
Ovulyasiyaya diqqət 
Ovulyasiya günü hamiləliyin baş tutması üçün ən münasib vaxt sayılır. Bu zaman bir və ya bir neçə yumurta hüceyrəsi yumurtalıqdan çıxaraq uşaqlıq borusuna  düşür. Əgər bu zaman burada spermatozoidlər olarsa, mayalanma baş verir.
 
Yumurta hüceyrəsindən fərqli olaraq spermatozoidlər qadının cinsiyyət yollarında 3-5 (kişi cavan və sağlamdırsa, hətta 7) gün mayalanma üçün hazır vəziyyətdə qala bilir. Beləliklə, ovulyasiyadan 1-5 gün əvvəl və ovulyasiya günü hamiləlik üçün ən münasib günlər sayılır. Odur ki, ovulyasiya başlayanda nizamlı olaraq sekslə məşğul olmaq önəmlidir. Əgər bu dövrü müəyyənləşdirməkdə çətinlik çəkirsinizsə, 2-3 gündən bir cinsi əlaqəyə girməklə də döllənmək şansını artıra bilərsiniz.
 
Qeyd edək ki, ovulyasiya qadınlarda baş verən menstruasiya prosesinin bir hissəsidir. Menstruasiya prosesi 28-32 gündən bir olur. Ovulyasiya, əsasən, menstruasiyanın 10-19-cu günləri arasında baş verir. Həmin dövrdə yumurtalar uşaqlıq borusuna düşərək burada sperma ilə mayalanır. Ovulyasiyanı beynin "hipotalamus" adlanan hissəsi idarə edir.
 
Siqaret, qəhvə və içkini tərgidin
Körpə sahibi olmağa çalışan cütlüklər siqaret, spirt və kofein kimi yumurta və sperma hüceyrələrinin keyfiyyətini korlayan və döllənməni əngəlləyən amillərdən uzaq durmalıdırlar. Tutaq ki, qəhvədən imtina edə bilmirsinizsə, gün ərzində bir fincandan çox içməməyə çalışın.
 
Sağlam qidalanın
Qadın bədəninin hamiləliyə hazırlanması üçün sağlam qidalanması, bədənə lazım olan mineral və vitaminləri qəbul etməsi şərtdir.
 
Spermanın əhəmiyyəti
Hamiləlik üçün qadın bədəninin hazır olması qədər sperma keyfiyyəti və sayı da vacibdir. Hormon və steroid qəbulu sperma keyfiyyətinə mənfi təsir edə bilər. Stressin də sperma keyfiyyətini aşağı salması araşdırmalarda dəfələrlə sübut olunub.
 
Həkim nəzarəti 
Sizə məlum olmayan xəstəlikləri erkən müalicə etmək və sağlam hamiləlik üçün həkim nəzarətindən keçmək vacibdir. Həkimlər hamilə qalmaq üçün lazımi müalicə və dərmanları yazacaqlar. Ona görə də ən yaxşısı - evlənməzdən əvvəl həkim nəzarətindən keçin.

loading...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər