Özəl:

Hamiləlik zamanı qəbizliyin müalicəsi: hansı preparatlar istifadə oluna bilər



Hamiləlik zamanı qəbizliyin müalicəsi: hansı preparatlar istifadə oluna bilər
Həkimlər tez-tez təkrar edir ki, qəbizliyin ən yaxşı müalicə üsulu qəbizliyin qarşısını almaqdır. Bu xoşagəlməz pozulma xəstəyə çoxlu narahatçılıq verir, bədənin intoksikasiyasına (zəhərlənmə) səbəb olur.
Xroniki qəbizlik bir çox ciddi bağırsaq xəstəliklərinin riskini artırır.
Hamiləlik zamanı qadınların əksər hissəsində qəbizlik inkişaf edir. Böyümüş uşaqlıq bağırsaqları sıxır, onların fəaliyyəti və boşalması çətinləşir. Həmçinin qadının orqanizmində baş verən hormonal dəyişikliklər də bağırsaqların fəaliyyətinə təsir edir.
Hamiləlik zamanı qəbizlik xüsusilə təhlükəlidir. Bu səbəbdən hamilə qadında qəbizlik inkişaf edibsə, mütləq həkimə müraciət etməlidir.
Kəskin qəbizliyin müalicəsi üçün çoxlu sayda vasitələr mövcuddur. Lakin bu vasitələrin bəziləri hamiləlik zamanı istifadə oluna bilməz.
- İmalə. Hamiləlik zamanı içmalədən istifadə etmək olmaz. İmalənin istifadəsi doğuşun başlanmasına səbəb ola bilər.
- Bağırsaqlara gıcıqlandırıcı təsir edən dərmanlar (bisakodil, sənna otu və s. ). Bu dərmanların təsirindən bağırsaqların sinir hüceyrələri aktivləşir, bağırsaqların tonusu artır. Lakin hamiləlik zamanı bu təhlükəlidir. Bağırsaqların tonusunun artması uşaqlığın tonusunun artmasına səbəb ola bilər. Bu isə hamiləliyin pozulmasının riskini artırır.
Bundan əlavə bu dərmanların tərkibində olan maddələr dölə mənfi təsir edə bilər.
- Laktuloza (düfalak). Tərkibində laktuloza olan preparatlar hamiləlik zamanı istifadə oluna bilər. Bu preparatlar bağırsaqlarda nəcis kütləsinin həcmini artırır, onu daha sulu edir, bağırsaqların hərəkətliliyini artırır. Bütün bunlar isə bağırsaqların boşalmasını asanlaşdırır.
Laktuloza əsasında preparatlar axşam yatmazdan əvvəl qəbul edilir. Dərman səhər təsir edir.
Lakin bir çox hallarda laktulozanın qəbulu zamanı güclü meteorizm (köp), qarında ağrılar, diskomfort inkişaf edir. Bəzi qadınlarda laktulozanın qəbulu ishala gətirib çıxarda bilər.
- Mikroimalə (melilaks və s.). Hamiləlik zamanı istifadə olunur. Mikroimalənin təsirində nəcis kütləsi yumşalır və bağırsaqlar tez bir zamanda boşalır. Laktulozadan fərqli olaraq mikroimalə tez təsir edir və onun təsiri yalnız bağırsağın az bir hissəsini əhatə edir.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər