Özəl:

Abbasqulu ağa Bakıxanovun nəsihətləri



Abbasqulu ağa Bakıxanovun nəsihətləri
O adamlarla otur-dur ki, hamı onları yaxşı hesab edir, əclaf və hərzə adamlardan uzaq ol ki, sən də onlar kimi olmayasan

Yalan danışmaqdan çəkin. Çünki səni yalançı tanısalar, doğru sözünə də inanmazlar.

Bikarçılıqdan qorx ki, ən böyük eyib odur. Dünyada heç bir şey bikarçılıqdan pis ola bilməz... Sən əgər bikar otursan, deməli, daş və palçıq səndən daha yaxşıdır, çünki onlar heç olmazsa, ev tikmək işində kara gəlirlər.

Elm və kamal təhsilinə hər şeydən çox çalış, çünki hər şey onların köməyilə əldə edilir.

...Xəsislər həmişə qorxu və çətinlik içində yaşayırlar. Təkəbbürlü adamlar xalq içərisində alçaq görünər, xudpəsənd özünü camaata güldürər.

Paxıllıq qabiliyyətin yoxluğundan doğar. Hər kəs öz qüvvəsinə inansa, o, istədiyini əldə etməyə qadirdir.

Kimsə var-dövlət, cah-cəlalı çox sevirsə, onunla dostluq yaramaz, çünki o, həmişə öz xeyrinə və başqasının zərərinə çalışacaqdır

Hər işdə özündən bilikli və qərəzsiz adamlarla məsləhət elə, insanın öz əqli hər işi bacarmağa qadir deyil.

Nəfsin istəyəni etmə, əqlin istəyinə əməl et. Çünki yaxşı və pisi ağıl seçir

Hər kimə yaxşılıq etdikdə açıq və ya işarə ilə ona minnət qoyma ki, yaxşılığın qiyməti itər və xoşluq əvəzinə inciklik yaranar.

O adam ağıllı hesab olunur ki, öz nöqsanını başqalarından çox görsün və hünərini az bilsin.

İnsan yaxşı əməldən iki dəfə zövq alar: birisi onu edən zaman, ikincisi əvəzini görən zaman

Bir işin tədbirində tələsmə, icrasında isə tələs. Çünki bir işi anlamaq üçün çox vaxt lazımdır, icra üçün az.

Bədbəxt o adama deyərlər ki, başqasına yaxşılıq etməyi bacardığı halda, etməsin...
loading...
Offline
  • Şərh №: 1
  • 22 mart 2017 19:29
  • Xəbər sayı: 198
  • Şərh sayı: 905
Bədbəxt o adama deyərlər ki, başqasına yaxşılıq etməyi bacardığı halda, etməsin...

--------------------

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər