Özəl:

Vəcihə Səmədova



Vəcihə Səmədova
Vəcihə Əli qızı Səmədova 1924-cü ildə anadan olmuşdur.

Görkəmli Azərbaycan rəssamı, Azərbaycanın Əməkdar İncəsənət Xadimi.

1939-1944-cü illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda təhsil alan Vəcihə xanım, sonradan V. İ. Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunun rəngkarlıq fakültəsinə — tanınmış rus rəssamı Pavel Korinin emalatxanasına daxil olur. O, 1951-ci ildə "Üzeyir Hacıbəyov tələbələri arasında" adlı diplom işini müvəffəqiyyətlə müdafiə edir.

Müəllimlərinin təkidi ilə təhsilini daha üç il aspiranturada davam etdirir. Sonradan oxuduğu institutda dərs demək təklifi alan Vəcihə Səmədova vətənə qayıtmağı üstün tutaraq, müstəqil yaradıcılığa başlayır. O, Azərbaycanın ilk pesəkar qadın rəngkarı olur.

«Göy göl» — 20x35, karton, yağlı boya, 1956 V.Səmədova həmkarı və həyat yoldaşı Lətif Feyzullayevlə birgə yaradıcılıq ezamiyyətlərinə çıxaraq Azərbaycanı qarış-qarış gəzir. Bunun bəhrəsi olaraq «Kür qırağında», «Mahnı», "İntizarda", «Toya hazırlıq» tematik tabloları, «Qoşqar yaylağında», «Göy göl», «Kəpəz», «Kür sahillərində» silsilə mənzərələri, «Aktrisa Leyla Bədirbəylinin portreti», «Pambıqçı», "Şamama Həsənovanın portreti", «Geoloq Minirə Məmmədbəylinin portreti» kimi əsərlər yaranır.

Vəcihə Səmədova eyni zamanda əvvəllər təhsil aldığı rəssamlıq texnikumunda da pedaqoji fəaliyyət göstərir. İstedadlı gənclərə sənətin sirlərini öyrədir.

1962-ci ildə rəssamın Bolqarıstana yaradıcılıq ezamiyyətinin nəticəsi kimi Bakıda onun fərdi sərıisi açılır. O, «Sofiyada bazar», «Türk qızı», «Tırnovo», «Bayram» və böyük ustalıqla işlənmiş digər tablolarla tamaşaçıların rəğbətini qazanır.

Qısa ömür yolu keçən, fitri istedada malik olan Vəcihə xanım Səmədovanın fərdi sərgiləri dəfələrlə Bakıda, Moskvada, Sofiyada uğurla nümayiş etdirilir. Onun tablolarındakı rəng çalarları, milli kolorit, böyük ustalıq bu əsərlərin dünya muzeylərində layiqli yer tutmasına səbəb olub.

Bakının mərkəzindəki Azərbaycan Rəssamlar İttifaqının yaraşıqlı sərgi salonu 1965-ci ildən Azərbaycanın Əməkdar İncəsənət Xadimi Vəcihə Səmədovanın adını daşıyır.

1965-ci ildə vəfat etmişdir.
loading...
Offline
  • Şərh №: 2
  • 15 aprel 2015 20:04
  • Xəbər sayı: 7
  • Şərh sayı: 373
Xeber ucun tesekur edirem

Allah rehmet elesin

--------------------
Offline
  • Şərh №: 1
  • 8 aprel 2015 21:10
  • Xəbər sayı: 16
  • Şərh sayı: 356
bu haqda bilmek maraqli oldu menim ucun haqqinda bilmirdim

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər