Özəl:

Şərqin ilk diplomat qadını – Sara Xatun



Şərqin ilk diplomat qadını – Sara Xatun
Azərbaycan qadını  tarixən mərdliyi, müdrikliyi və sədaqəti ilə seçilib. Qadınlarımız hər zaman atalarına, ərlərinə, oğullarına dayaq olub, çətin məqamlarda düzgün çıxış yolu tapmaqda kömək ediblər.  Təkcə Azərbaycanın deyil, bütün Şərqin dövlətçilik tarixinə adı ilk xanım diplomat kimi daxil olan Sara Xatun da belə məşhur qadınlarımızdandır.
O, böyük ağıl və mətanət, müdriklik və cəsarət sahibi idi.
 Pirəli bəyin qızı, Ağqoyunlu dövlətinin hökmdarı Uzun Həsənin anası Sara Xatun Bayandur elində dünyaya gəlmişdi. Olduqca ağıllı, tədbirli qadın olan Sara Xatun Ağqoyunlu dövlətinin idarə olunmasında yaxından iştirak edirdi. Bu dövlətin möhkəmlənməsində,  xarici ölkələrlə diplomatik əlaqələrinin yaranmasında böyük rol oynayırdı. Uzun Həsən bütün xarici siyasət məsələlərini anası ilə məsləhətləşir, ən məsul diplomatik danışıqlara onu göndərərdi.
Sara Xatun Teymuri hökmdarı Əbu Səid, Osmanlı imperatoru II Mehmet kimi dövlət başçıları ilə də diplomatik danışıqlar aparmışdı. Sultan II Mehmetin düşərgəsinə yollanan  Sara Xatunun qarşısında çətin vəzifə dururdu. O, Osmanlı sultanını ağqoyunlular üzərinə hücumdan daşındırmalı idi. Bütün Yaxın və Orta Şərqdə böyük nüfuzu olan Sara Xatun sultanın hərbi düşərgəsində yaxşı qarşılandı. Özünün bütün diplomatik ustalığını işə salaraq oğlunun tapşırığını yerinə yetirə bildi. II Mehmed Ağqoyunlu dövləti ilə müharibə etmək fikrindən vaz keçərək sülhə razı oldu. Bu sülhün o zaman Ağqoyunlu dövləti üçün böyük əhəmiyyəti vardı. Məhz Sara Xatunun bağladığı bu müqavilə sayəsində Türkiyə ilə döyüşmək iqtidarında olmayan kiçik Ağqoyunlu dövləti öz varlığını və müstəqilliyini qoruyub saxlaya bildi.
 Sara Xatunu hətta Avropa ölkələrində tanıyırdılar. Məsələn, Azərbaycana göndərilən Venesiya elçiləri Sara Xatunla görüşmək və öz məqsədləri üçün onun saraydakı nüfuzundan istifadə etmək barədə tapşırıq almışdılar.
Ağqoyunlu dövrünün salnaməçisi Əbubəkr Tehrani yazır ki, Sara Xatun Qaraqoyunlu Cahanşahla danışıqlar aparmaq üçün onun yanına gəlir və Rüstəm Tərxanın düşərgəsində olur. Onun ordusunun təsəvvür etdikləri gücdə olmadığını görüb Uzun Həsənə bu məzmunda xəbər yollayır: Dayanmayıb hücuma keç, qələbə sənin olacaq”. Rəqib ordusuna ani bir nəzər salmaqla qüvvələr nisbətini düzgün qiymətləndirməsi Sara Xatunun hərbi intuisiya və səriştəsindən xəbər verir. Həqiqətən də, bundan sonra Uzun Həsənin qoşunu Rüstəm Tərxanın düşərgəsinə hücum edərək onu darmadağın edir.
loading...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər