Özəl:

Şahzadə qızların həyatları haqqında maraqlı faktlar



Şahzadə qızların həyatları haqqında maraqlı faktlar
Şahzadə Madlen, İsveç
Əgər gecə libasları üzrə müsabiqə keçirilsəydi, şübhəsiz ki, şahzadə Madlen orada birinci yeri tutardı.  İsveçin kralı XVI Karl Qustavın və kraliça Silviyanın 32 yaşlı kiçik və sarışın qızı öz riskli dərin dekoltesi və qısa yubkaları ilə hamını təəccübləndirir.
Şahzadə Madlen Yonas Berqstremla nişanı pozmaqla adının ətrafında xeyli səs-küy yaratmışdı. Nişanlısı ona onun kollec yoldaşı ilə xəyanət etmişdi.

Şahzadə Meri, Danimarka
Şahzadə Meri nağılların gerçək olduğunu təsdiqləyən canlı sübutdur. Tasmaniyanın Xobart şəhərinin sakini olan  42 yaşlı zərif qadın Avstraliyanın reklam agentliyində işləyirdi. O, Sidney olimpiadasında cəlbedici və gənc Fredlə görüşdükdən sonra həyatı dəyişdi. O, görüşdən yarım saat sonra bilib ki, Fred əslində Danimarka krallığının vəliəhdi Frederikdir.
Cütlük ilk baxışdan bir-birinə aşiq olub və dörd ildən sonra Kopenhagen kilsəsində dəbdəbəli toy ediblər.
Aparılan sorğuya əsasən, Danimarkada onu çox sevirlər, əhalinin 75% -i əmindir ki, ondan gözəl kraliça çıxacaq.

Şahzadə Sirivannavri, Tailand
35 milyard dollar şəxsi kapitalı olan ekzotik Tailand şahzadəsindən daha cəlbedici kim bilər ki... Tailand kralı Pxumipon Adulyadetanın 27 yaşlı nəvəsi həm də məşhur dizaynerdir. Onun Parisdə və Banqkokda nümayiş edilən kolleksiyaları heyranlıq doğurmuşdur.
Onun uğurlu karyerasını və kral əsilli olduğunu nəzərə alsaq, şahzadənin bir çox kişilərin xoşuna gəlməsi təəccüblü deyil.

Şahzadə Yevgeniya, Birləşmiş Krallıq
Kral nəslinin nümayəndəsi statusu ilə kral baş ağrıları arasında incə sərhəd var. Sonuncu status uğrunda şahzadə Yevgeniya Yorskaya hər gün mübarizə aparır. Kral ailəsinin pis qızı adını almış şahzadə Endryünun kiçik qızı 2009-cu ildə bu adı alıb. O, büstqalter oğurlayarkən yaxalanan zaman və öz rəfiqəsinə Tailand səfərində onu oxşamağa icazə verməklə bütün Britaniyanı heyrətə salmışdı.

Bu hadisələrdən illər ötsə də, 24 yaşlı qız sakitləşməyib. KİV-də şahzadə siqaret çəkərkən, striptiz klublara tez-tez baş çəkərkən və təhsil müəssisəsinin ərazisində çılpaq gəzərkən fotokameralara tuş gəlir.

Şahzadə Sonam, Butan
Şahzadə Sonam  öz varlığı ilə sübut edir ki, beyin və gözəllik bir-birini inkar etməyə bilər. Butanın 4-cü kralının 33 yaşlı qızı beynəlxalq münasibətlər sahəsində Stenford diplomunu və Harvard universitetində hüquq üzrə magistr dərəcəsini alıb.

Şahzadə Aleksandra, Lüksemburq
Kim tennis oynamaq istəyir? Çətin ki, şahzadə Aleksandradan yaxşı tərəfdaş tapa bilərsiniz. Lüksemburqun böyük hersoqu Anrinin və Lüksemburqun böyük hersoginyası Mariya Terezanın yeganə qızı, 23 yaşlı cazibədar qız Fransiskant universitetində oxuyur, universitetin tennis komandasının tərkibindədir. Çox ağıllı qız imici formalaşıb, Aleksandra rəqslə, üzgüçülüklə və xizək sürmə ilə maraqlanır.

Şarlen Uittstok, Monako
Bu siyahıda qadınların heç biri üzgüçülük kostyumunda Şarlen qədər təsirli görünmür. Bu sarışın, seksual üzgüçü 2000-ci ildə Sidney olimpiadasında üzgüçülük üzrə çempion olmuş və Cənubi Afrika komandasına  dördüncü yeri qazandırmışdı.
Qüsursuz bədən quruluşu ilə o, Monakonun şahzadəsi II Albertin diqqətini cəlb edir və onların  arasında nağılvari roman başlayır. Onların nişanlanması bu romanın kulminasiya nöqtəsi olur. 2010-ci ildə nişanlanan cütlük 2011-ci ilin 8 iyulunda dəbdəbəli toyla evləniblər. Hazırda Şarlen hamilədir.

Şarlott Kazaraqi, Monako
Şarlott Kazaraqiyə nəzər saldıqda onun nənəsi Qreys Kelli yada düşür. İncə, 27 yaşlı Şarlott eynilə nənəsi kimi gözəllik və zəriflik mücəssəməsidir. Qeyd etmək lazımdır ki, gözəllik və qüsursuz genlər Kazaraqinin ən yaxşı məziyyətlərindən biridir.
Şarlott təcrübəli jurnalistdir, o, Londonun "Above" jurnalında köşə yazıb. Sorbon universitetinin məzunudur.  Modelyerlər Valentino və Karl Laqerfeldin yaxın rəfiqəsi olan Kazaraqi Monoko taxt-tacına növbədə dördüncüdür.

Zara Filips, Birləşmiş Krallıq
Zara Filips taxt-taca növbədə onuncudur.  Lakin əksəriyyətin qəlbində birinci yeri tutur. Şahzadə Anna və Mark Filipsin yeganə qızı, iri sinəli 33 yaşlı sarışın təcrübəli minicidir. O, 2005-ci ildə atcılıq üzrə dünya çempionatında qızıl medal qazanıb. Bununla əlaqədar olaraq,  2006-cı ildə onu "ilin idmançısı" elan ediblər.

2011-ci ilin 10 iyulunda Zara reqbist Mayk Tindalla ailə qurub.
loading...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər