Özəl:

Ofisdə çalışanların nəzərinə: işdə belə qidalanın



Ofisdə çalışanların nəzərinə: işdə belə qidalanın
Qidalanma formanız iş yerindəki yemək davranışlarınıza da çox böyük təsir edir. Türkiyəli dietoloq uzman Emel Terzioğlunun iş yerində sağlam qidalanmanın 8 yolu olduğunu deyir.
Şübhəsiz ki, işçilər günlərinin böyük bir hissəsini iş yerində keçirirlər. Dolayısı ilə, sağlam bir iş yeri insanların daha sağlam olmalarına kömək edən vacib ünsürlərdən biridir. Bu halda əlbəttə ki, sağlam bir iş yerinin ən önəmli kriteriyalarından biri də sağlam qidalanmadır. Dietoloq bildirir ki, qidalanma forması iş yerindəki davranışlarınıza da təsir edir: "Son illər aparılan araşdırmalar sübut edib ki, insanların qidalanması onların işlərinə də təsirsiz ötüşmür. Yediyimiz qidalar gün ərzində enerji və dözümlülüyümüz, fiziki və zehni funksiyalarımızın fəaliyyətinə əhəmiyyətli dərəcədə təsir edir. Bundan başqa, yediyimiz qidalarla ürək xəstəlikləri, diabet və piylənmə kimi xroniki xəstəliklər arasında əlaqə olduğu da müşahidə edilib".
 
E. Terzioğlu iş yerində sağlam qidalanma yollarını bu cür sıralayıb:

Yeməyi nizamlı yeyin

Işləyənlərin ən böyük xətalarından biri nizamsız qidalanmaq və uzun müddət ac qalmalarıdır. Bu müddətdə qan şəkəri düşür və bu səbəbdən də diqqət yayınmaları baş verir, yaddaşsızlıq yaranır. Buna görə də gün ərzində zehni funksiyalarınızın düzgün işləməsini istəyirsinizsə, mütləq nizamlı yemək yeməli və qoz, badam, fındıq kimi çərəzlər, təzə meyvə-tərəvəz, qatıq, süd və tam taxıllılarla ara yemək vaxtlarında qidalanmalısınız.

Mütləq protein və lifli səhər yeməyi yeyin
Müxtəlif xəmir xörəkləri, şirniyyatlar kimi yüksək karbohidratlar və yağlı yeməklər əvəzinə yumurta, az yağlı pendir, qoz, fındıq, badam, bol göyərti və tam taxıllı qidalardan ibarət protein və lif tərkibi yüksək olan səhər yeməyi ilə günə başlayın. Bunun sayəsində enerjiniz gün ərzində yüksək olacaq.

İşlənmiş qidalardan uzaq durun

Ağ unlu qidalar, şəkər tozu, şirniyyatlar kimi qidalar qan şəkərinin sürətlə aşağı düşməsinə səbəb olur. Bundan başqa, rafinə karbohidratlarla qidalanma bədəndəki B qrup vitaminlərin nizamını pozduğu üçün yorğunluq, yuxulu hal və əsəbilik yaradır. Rafinə edilmiş karbohidratlar yerinə tam taxıllı qidalar, təzə meyvə-tərəvəz, yulaf kimi lif tərkibli yüksək karbohidratlara üstünlük verin.

Günorta yeməyinə diqqət edin
Ofisdə işləyənlər günorta yeməklərində çox zaman fast-food, müxtəlif kabab növləri kimi yağı çox olan qidalara üstünlük verirlər. Bunun yerinə yağsız qidalar, yanında salat, qızardılmış tərəvəzlər, düyü yerinə bulğur, kəpəkli makaron kimi sağlam karbohidratlar və az yağlı qatıq, ayran məsləhətdir.

Süni qida və içkiləri həyatınızdan çıxarın
Qazlı və enerjiverən içkilər, şirin və dadlandırıcı qida və içkilər həm artıq çəkiyə səbəb olur, həm də stressi artırır. Bunların yerinə ayran, təbii mineral su və adi suya üstünlük verin.

Bol su için
Su düzgün beyin funksiyaları üçün olduqca vacibdir. Susuzluq insanı gərginləşdirir, əsəbiləşdirir, diqqət nizamını pozur.

Çay və qəhvə qəbulunu azaldın

Ofis işçiləri davamlı olaraq sakit və oyanıq olmaq üçün çay və qəhvə içirlər. Lakin çay və qəhvə həddən artıq içildikdə kafein əksinə təsir edir və stressi artırır, diqqət yayınmaları meydana gəlir. Bundan başqa, vitamin və mineralların orqanizm tərəfindən qəbulunun azalmasına da səbəb olur. Qara çay və qəhvə yerinə yaşıl çay, bitki çayları və suya üstünlük verin.

Hərəkət edin
İş stolu və kompüter arxasında 2 saatdan və daha çox qalmaq olmaz. Ofis daxilində qısa gəzişmələr edin. Bundan başqa, günorta yeməyini ofisə sifariş vermək əvəzinə küçəyə çıxaraq başqa bir məkanda yeməyiniz məsləhətdir.
 

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər