Özəl:

Hicabın müsbət keyfiyyətləri



Hicabın müsbət keyfiyyətləri
Bismillahir Rəhmanir Rəhim...
Salam və Salavat olsun sonuncu peyğəmbərimiz Məhəmməd (s.a.a.) Peyğəmbərə və onun Ailəsinə, Pak Əhli-Beytə (ə).
Allahın Salamı olsun İslam Yolunu gedənlərə və İslama Doğru gələnlərə...

1. Qadın şəxsiyyətinin ucalığı: hicablı qadın cəmiyyətdə qarşı tərəfin alçaldığı sui-isifadə ilə üzləşsə də, özünəməxsus ləyaqət və mənliklə daim "ictimai-meydanda” qalib olaraq qalır.
2. Hicablı qadına diqqət etdikdə, ilk olaraq onun uca şəxsiyyəti, pak siması göz önündə canlanır. Onun şəxsiyyəti, fərdi bacarığı və mənəvi dünyası mühüm səciyyə daşıyaraq zahiri gözəlliyi sonrakı mərhələyə keçirir.
3. Hicablı qadın (hicabına riayət etməklə) ilahi qanunlara baş əyməklə həmişə Allah-təalanın xoş nəzərində qalaraq onun razılığını əldə etmiş olur.
4. Hicablı qadın digərlərinin şəhvətli nəzərləri altında alçalmamaqla yanaşı, daim etimad və məmnunluqla qarşılaşır.
5. Qadınların hicaba riayət etməsi ailə olcağının möhkəmliyinə, davamlı olmasına və nəticədə sağlam cəmiyyətin yaranmasına xidmət edir.
6. Hicablı qadın ruhi və mənəvi cəhətdən azaddır, heç kimin şəhvətli baxışı və çirkin hiylələri qarşısında əyilmir. Bu azadlıq tam mənada özünüanlamın hər bir nöqtəsində biruzə verir. Hicabsız qadın özünün açıq-saçıqlığı ilə azad olduğunu xəyal etsə də, həqiqətdə, həyatın bütün anlarında bu "xəyali azadlığ”ın ləzzətini dada bilmir! İngilis alimi Qedi Banay bu barədə deyir: "Əgər hicablı və mənəviyyətli müsəlman xanımının qərb qadınlarından daha azad olduğunu desəm, heç də yanılmaram! Çünki müsəlman xanımı öz azadalığını olduğu kimi anlayaraq onu hicabla mühafizə edir, lakin qərb qadınları ilğım kimi özünə çəkir. Qərbdə mövcud olan Şeytan yuvalarındakı qadın alveri, qadın mənliyini alçaldan əyləncələr "buna sübutdur.”
Həqiqətdə, bütün ağıllı insanlar qadın hicabının və onun cəmiyyətə göstərdiyi müsbət təsirindən agahdırlar. Hicab təkcə ilahi vəzifə deyil, daha doğrusu, insan ağlının və bu günümüzün tələbidir! Qadının gözəlliyi onun zahiri çılpaqlığında deyil, mənəvi cazibədarlığındadır! Zahiri gözəllik məcazi və keçici, batini gözəllik isə həqiqi və daimidir!
Qadın açıq-saçıq gəzərkən deyil, yalnız iffətli, həyalı hicablı olarkən gözəldir! Qadın-qoynunda qəhrəmanlar böyüdüb-bəsləyən bir varlıq deməkdir. Hər bir millətin qadınları o millətin analarıdır! "Cənnət anaların ayağı altındadır.”-buyuran Peyğəmbər (s.a.a) cənnəti həyalı, ismətli və hicablı qadının iffətinin və gözəlliyinin əvəzolunmaz qoruyucusudur. Hicab ilahinin qadına bəxş etdiyi rəhmət və mərhəmət örtüyüdür. Hicab ilahi gözəlliyin nişanəsidir! İmam Sadiq (ə) buyurur: "Gözəl geyin, bəzən, ALLAH gözəldir və gözəlliyi sevir! Lakin bu gözəllik pak və halal olmalıdır!
loading...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər