Özəl:

Aşura günü oruc tutmaq müstəhəbdir yoxsa məkruhdur?



Aşura günü oruc tutmaq müstəhəbdir yoxsa məkruhdur?
Bu barədə sünni və şiə məzhəbləri arasında fikir ayrılığı vardır. Əhli-sünnə məzhəbinə görə, aşura günündə oruc tutmaq sünnətdir. Özü də bu zaman yalnız aşura günü deyil, ya mühərrəm ayının 9-u və 10-u, ya 10-u və 11-i, ya da ardıcıl olaraq 9-u, 10-u və 11-i oruc tutmaq məsləhətdir.

Sünni mənbələrində aşura günü oruc tutmaq ənənəsini Həzrət Mühəmməd Peyğəmbərin (s) adı ilə bağlayırlar. Rəvayətə görə, hicrətdən sonra Peyğəmbərimiz Mədinə müsəlmanlarının aşura günü oruc tutduqlarını görüb səbəbini soruşur. Cavab verirlər ki, bu gün Həzrət Musanın (ə) başçılığı altında Bəni-İsrail qövmünün fironun təqibindən xilas olduğu gündür. Bu münasibətlə yəhudilər həmin günü bayram edir və oruc tuturlar. Peyğəmbər buyurur: "Musaya mən sizdən (yəni yəhudilərdən) daha layiqəm (yəni Musa Peyğəmbərin (ə) ənənəsini davam etdirməyə mən sizdən daha layiqəm)”. Bundan sonra o həzrət, aşura günü oruc tutmağı müsəlmanlara əmr edir (Səhihül-Buxari, Kitabüs-Sövm, hədis 2004).

Ümmül-möminin Aişə bu fikirdə idi ki, aşura günü oruc tutmaq ənənəsi cahiliyyə dövründə də var imiş. Ərəblər hər ilin aşura günündə Kəbənin üzərinə örtük (kisvə) salır və oruc tuturdular. İslamın ilk dövrlərində də müsəlmanlar aşura günü oruc tuturmuşlar. Ramazan orucu fərz olandan sonra aşura gününün orucu qüvvədən düşdü; istəyən həmin gün oruc tutur, istəməyən tutmurdu (Səhihül-Buxari, Kitabüs-Sövm, hədis 2001-02).

Şiə məzhəbinə görə, aşura günü oruc tutmaq şiddətli məkruhdur. Səbəbi isə budur ki, İmam Hüseyn (ə) Kərbəlada şəhid edildikdən sonra Onu öldürənlər şadyanalıq etdilər və İmam Hüseynə (ə) qalib gəldikləri üçün Allaha şükr niyyəti ilə həmin gün oruc tutmaq dəbini qoydular.

Bu barədə bəzi hədislərin tərcüməsini diqqətinizə təqdim edirik.

İmam Rza (ə) buyurub: "...Aşura günündə İmam Hüseyn (ə) qətlə yetirilib. Həmin günü İbn Ziyad mübarək saydı (bayram etdi), amma Ali-Mühəmməd (ə) həmin günü matəm tutur. Hər kim aşura günündə oruc tutsa və təbrik desə, Allah-təala qiyamət günündə onun qəlbini kafirlərin qəlbinin şəklinə salar, həmin adamı aşura günündə oruc tutmağı və təbrik deməyi dəb qoymuş adamlarla bir cərgədə məhşərə gətirər”.

İmam Cəfər Sadiq (ə) buyurmuşdur: "...Məgər belə bir gündə oruc tutularmı? Kəbənin Rəbbinə and olsun ki, həmin gün oruc günü deyil, göyün və yerin əhli üçün, bütün möminlər üçün hüzn və müsibət günüdür...” (hədislər "əl-Kafi” kitabındandır, "Kitabüs-Siyam”, "Ərəfə və aşura günlərinin orucu” babı, hədis 4-7, IV cild, səh. 146-147).
loading...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər