Özəl:

Şeytan.



Şeytan.
Şeytanın yolu bir kəndə düşmüş, kürəyini bir ağaca söykəmiş və buzovu payaya bağlı olan inəyi sağan gənc bir qadını uzaqdan izləməyə başlamış. Şeytan, qadını neçə saatizlədikdən sonra buzovun ipini bir az boşaltmış. Buzov da anasının sağılmasını aç qarınına izləməyə daha çox dözə bilməmiş. Tərpəndikcə boyundakı ip bir az daha boşalmış və sonunda ip açılmış. Qaçaraq anasını əmməyə gedən buzov, süd qabına vurmuş və bütün süd yerə tökülmüş. Sağdığı süd ziyan olunca hirsi başına çıxan gənc qadın, əlinə keçirdiyi odunu buzovun başına vurmuş. Bala qan içində yerə yıxılmış. Balasına hücum etdiyini görən inəkbir təpiyə qadını öldürmüş.Uzaqdan keçməkdə olan qadının qayınatası, inəyin gəlininə öldürdüyünü görüb, əlindəki tüfənglə atəş edərək inəyi öldürmüş. Silah səsini eşidən ər qaçıb gəlmiş. Arvadını yerdə cansız yatar, atasını da əlində tüfənglə görüncə, silahını çəkib tək atışla atasını öldürmüş. Qısa bir müddət sonra həqiqəti öyrənən gənc adam, bu qədər ağrıya dözə bilməyəcəyini düşünüb bir güllədə özunə çəkib, özünü öldürmüşdür.Şeytan gülərək, indi hər şeyin cavabdehi olaraq məni görərlər. Buzovun ipini boşaltmaqdan başqa nə etdim ki, mən?
Offline
  • Şərh №: 3
  • 30 iyul 2016 12:11
  • Xəbər sayı: 2
  • Şərh sayı: 56
Sitat: menasizheyat
BEZEN GUNAHLARIN COXU ELE INSANLARDA OLUR

senin fikrine qatiliram
Offline
  • Şərh №: 2
  • 22 iyul 2016 17:50
  • Xəbər sayı: 0
  • Şərh sayı: 25
İnsanlar bəzən heçnəyi bilmədən cəzalandırırlar. Allah bizləri şeytan şərindən qorusun. Amin.

--------------------
Offline
  • Şərh №: 1
  • 22 iyul 2016 14:27
  • Xəbər sayı: 1
  • Şərh sayı: 58
BEZEN GUNAHLARIN COXU ELE INSANLARDA OLUR

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər